Əlaqə Arxiv
news Image
2018.02.16
17:36
| A A A
Həştərxanda Azərbaycan İşgüzar Mərkəzi apreldə açılacaq

Rusiyanın Həştərxan vilayətində Azərbaycan İşgüzar Mərkəzinin açılışı aprel ayına planlaşdırılıb.

Movqe.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə regionun qubernatoru Aleksandr Jilkin Soçidə keçirilən investisiya forumunda bildirib.

 

Onun sözlərinə görə, apreldə Azərbaycan İşgüzar-Ticarət Mərkəzi açılacaq: “Orada iri sahə olacaq və Rusiya biznesi xarici həmkarları ilə rahat əlaqə yarada biləcəklər.

 

A. Jilkin bildirib ki, regionda iki ölkənin konsulluğu açılıb və onlarla  yaxşı əlaqələr qurulub: “Bu mərkəzin fəaliyyəti nəinki Həştərxan biznesi üçün, həmçinin Rusiyanın cənub bölgəsi, bundan başqa da bütün ölklərdən olan sahibkarlar üçün faydalı olacaq”.

Sizin Reklam Yeriniz