Əlaqə Arxiv
news Image
2018.02.20
11:24
| A A A
Bakıda MDB ali audit qurumlarının beynəlxalq seminarı keçirilir

Bakıda “Ali Maliyyə Nəzarəti Orqanlarının fəaliyyətində səmərəliliyin qiymətləndirilməsi təcrübəsində keyfiyyət göstəricilərinin əhəmiyyəti” mövzusunda seminar keçirilir.

Movqe.az  xəbər verir ki, seminar 2017-ci il sentyabr ayının 5-6-da Bakı şəhərində keçirilmiş MDB üzv olan dövlətlərin Ali Maliyyə Nəzarəti Orqanlarının Rəhbərlər Şurasının XVII sessiyasında qəbul olunmuş İş Planına əsasən Hesablama Palatasının sədrliyi ilə iki gün davam edəcək. Seminarda Rusiya Hesablama Palatasının, Belarus Dövlət Nəzarət Komitəsinin, Qazaxıstanın Respublika Büdcəsinin İcrasına Nəzarət üzrə Hesablama Komitəsinin, Qırğızıstan Hesablama Palatasının nümayəndə heyətləri iştirak edirlər. Tədbirdə iştirakçı qurumların nümayəndə heyətlərinin mövzu üzrə məruzələri dinlənilib, müzakirələr aparılıb.

Fevralın 21-də Azərbaycan Respublikası Hesablama Palatası və Rusiya Federasiyası Hesablama Palatası arasında ikitərəfli əməkdaşlıq çərçivəsində sosial təminat üzrə ödənişləri həyata keçirən fondların auditi, eləcə də tibb, təhsil, mədəniyyət, kinematoqrafiya və tibbi sığorta sahələrinə ayrılmış büdcə vəsaitlərinin auditi üzrə təcrübə mübadiləsi aparılacaq.

AZƏRTAC

Sizin Reklam Yeriniz