Əlaqə Arxiv
news Image
2018.02.22
21:00
| A A A
İpoteka və Kredit Zəmanət Fondunun istiqrazlarına tələb təklifdən çox olub

Bu gün Bakı Fond Birjasında (BFB) İpoteka və Kredit Zəmanət Fondunun AZ2026008683 ISIN-li, 10 mln. manatlıq, 23 il (8280 gün) tədavül müddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

“Movqe” BFB-yə istinadən xəbər verir ki, qiymətli kağızlar 1 006,3333 manat qiymətlə yerləşdirilib.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 10,5 mln. manat olub. Bununla da, istiqrazların hamısı yerləşdirilib.
Onların ödəmə tarixi 8 avqust 2040-cı ildir.

Sizin Reklam Yeriniz