Əlaqə Arxiv
news Image
2018.02.23
10:44
| A A A
ABŞ-ın Enerji İnformasiya Administrasiyası: Ölkənin neft ehtiyatları azalır

ABŞ-ın xam neft ehtiyatları ötən hesabat həftəsində 1,6 milyon barrel (0,4 faiz) azalaraq 420,5 milyon barrel olub.

Movqe.az xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bazar proqnozları isə ehtiyatların 1,8 milyon barrel artması istiqamətində idi. Əvvəlki həftə ölkənin xam neft ehtiyatları 1,8 milyon barrel çoxalmışdı.

ABŞ-ın strateji neft ehtiyatları keçən həftə 0,7 milyon barrel (0,1 faiz) azalaraq 664,9 milyon barrelə geriləyib.

Ölkənin benzin ehtiyatları isə ötən hesabat həftəsində 0,3 milyon barrel (0,1 faiz) artaraq 249,3 milyon barrel təşkil edib. Bazar proqnozları ehtiyatların 0,3 milyon barrel azalması istiqamətində idi. Əvvəlki həftədə isə benzin ehtiyatları 3,6 milyon barrel artmışdı.

Hesabat həftəsində ABŞ-ın neft idxalı əvvəlki həftəyə görə gündəlik 867 min barrel azalaraq 7,02 milyon barrel olub. ABŞ-ın xam neft ixracı isə əvvəlki həftə ilə müqayisədə gündəlik 722 min barrel artaraq 2,04 milyon barrel təşkil edib.

AZƏRTAC 

Sizin Reklam Yeriniz