news Image
2018.03.14
22:20
| A A A
Aşqabadda energetika sahəsində əməkdaşlığın əsas aspektləri müzakirə olunur

Aşqabadda Asiya İnkişaf Bankının “Mərkəzi Asiyada regional iqtisadi əməkdaşlıq” (MARİƏ) proqramının energetika istiqaməti üzrə Əlaqələndirmə Komitəsinin növbəti iclası keçirilir.

Movqe.az AZƏRTAC-a istinadla xəbər verir ki, görüşdə Əfqanıstan, Azərbaycan, Gürcüstan, Yaponiya, Qazaxıstan, Qırğızıstan, Çin, Monqolustan, Pakistan, Tacikistan, Özbəkistan, həmçinin Asiya İnkişaf Bankı, Dünya Bankı, BMT İnkişaf Proqramı (BMT İP) və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) nümayəndələri iştirak edirlər.

İclas iştirakçıları MARİƏ-nin fəaliyyətini, yüksək texnologiyaların enerji sektorunda tətbiqini, işçi planın icmalını, Mərkəzi Asiya regionunda və dünyada energetika sahəsinin inkişaf proqnozlarını müzakirə edirlər.

İştirakçılar əminliklərini bildiriblər ki, budəfəki Aşqabad görüşü MARİƏ çərçivəsində qarşılıqlı səmərəli əməkdaşlığın fəallaşmasına yeni təkan verəcək.