Əlaqə Arxiv
news Image
2013.04.01
16:52
| A A A
İstehlak bazarında yararsız ərzaq məhsulları aşkar edilib

Mövqe.az-ın məlumatına görə, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı

Bakının Yasamal rayonunda

- N.Nərimanov prospekti, ev 127 ünvanında Elçin Əliyevə məxsus mağazada;



Nərimanov rayonunda

- Ə.Əlizadə küçəsi, ev 42/9 ünvanında Nərminə Əliyevaya məxsus "Dadlı" mağazasında;



Sumqayıt şəhərində

- 47-ci məhəllə, ev 3 ünvanında Cəmilə Quliyevaya məxsus mağazada saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı aşkarlanıb.



Yasamal rayonunda

- C.Cabbarlı küçəsi, ev 37 ünvanında Pərviz Əliyevə məxsus "Kaspian" mağazasında;

- N.Nərimanov prospekti, ev 70 ünvanında Polad Əliyevə məxsus mağazada;



Nərimanov rayonunda

- A.Heydərov küçəsi, ev 6 ünvanında Əsgər Bayramalıyevə məxsus mağazada;

- Təbriz küçəsi, bina 6 ünvanında Nicat Əliyevə məxsus mağazada;

- F.Yusifov küçəsində Cavad Əkbərliyə və Kamran Əhədova məxsus mağazalarda;



Beyləqan şəhərində

- M.Əsədov küçəsində Şövqi Şəfiyarova və Pənah Hümbətova məxsus mağazada;



Qusar şəhərində

- Sabir küçəsində Nigar Nurməmmədovaya məxsus mağazada;



Quba şəhərində

- Bazar ərazisində İmran Səttərova məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı müəyyən edilib.


Ümumilikdə, monitorinqlər zamanı 220 kq-dan çox saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilıb.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaqdır.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və İqtisadi İnkişaf Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.


 

Sizin Reklam Yeriniz