Əlaqə Arxiv
news Image
2018.03.19
17:23
| A A A
Agentlik: GMO məhsulların risk qiymətləndirilməsi aparılmalı və ictimaiyyətin narahatlığına son verilməlidir

Movqe.az Trend-ə istinadla Qida Təhlükəsizliyi Agentliyinin genetik modifikasiya olunmuş orqanizmlər haqqında araşdırmasını təqdim edir:

Qeyd etmək lazımdır ki, genom və gen fərqli anlayışlardır. Gen hər hansı bir orqanizmin fəaliyətini təmin edən protein, enzim və digər biokimyəvi maddələrin hüceyrə daxili istehsal prosesinin təlimatını kodlaşdıran DNT fragmentidir. Başqa sözlə ifadə etsək gen spesifik biokimyəvi maddənin istehsalı üçün təlimat mətnidir. Genom isə orqanizmin bütün genlərini əhatə edən təlimat kitabçasıdır. Bu təlimat kitabçasında spesifik biokimyəvi maddənin istehsal olunacağı toxuma və hüceyrə, miqdarı və zamanı öz əksini tapır.

Bəşəriyyət əsrlər boyu süni yetişdirmə üsulları ilə təbiətdə mövcud olan bir çox bitki və heyvanın genomunu dəyişdirmişdir. Süni seleksiya metodları ilə istənilən xüsusiyyətlər seçilərək bu günə qədər şirin qarğıdalıdan başlamış müxtəlif növ ev heyvanlarına qədər bir çox bitki və heyvan cinsi yetişdirilmişdir. Süni seleksiya metodları ilə təbiətdə mövcud olan genetik variasiyaları seçərək onların yayılmasını təmin etmək olur. Yaxın onilliklərdə gen mühəndisliyi sahəsində əldə edilən nailiyyətlər təbiətdə mövcud olmayan genetik modifikasiyaların dizayn edilib həyata keçirilməsinə imkan yaratmışdır.

Dünya əhalisinin və şəhərləşmənin sürətli şəkildə artması genetik modifikasiya olunmuş orqanizmlərin gündəlik həyatımıza inteqrasiyasını asanlaşdırmışdır. Günümüzdə kənd təsərrüfatı sahəsində məhsuldarlığın artırılması, istehsal xərclərinin və pestisid istifadəsinin azaldılması, qida tərkibinin zənginləşdirilməsi və keyfiyyətinin artırılması, xəstəliklərə və ətraf mühitin təsirlərinə qarşı müqavimətin qazanılması məqsədi ilə yeni genetik tərkibli bitkilər yaradılmışdır. Herbisidlərə qarşı dayanıqlı soya, böcəklərə qarşı dayanıqlı qarğıdalı, yağ turşusu tərkibi dəyişdirilmiş kanola, viruslara qarşı müqavimət qazandırılmış gavalı, vitamin tərkibi zənginləşdirilmiş düyü genetik modifikasiya olunmuş bitkilərə misal olaraq göstərilə bilər [1] .

Gen mühəndisliyi metodları eyni zamanda bioplastik istehsalında və dekorativ bitki sənayesində də geniş şəkildə tətbiq edilir[2].Qeyd etmək lazımdır ki, bitkiciliklə yanaşı heyvandarlıq sahəsində də bu metodların tətbiqi artmaqdadır. Böyümə prosesi sürətləndirilmiş və ölçüləri böyüdülmüşsomon balıqları, dəli dana xəstəliyinə qarşı immuniteti artırılmış mal-qara, omega-3 yağ turşusu ilə zənginləşdirilmiş, xolesterol miqdarı vəya yağ turşusu tərkibi dəyişdirilmiş mal-qara və donuz genetik modifikasiya nümünələri olaraq göstərilə bilər [3;4]. Dünya əhalisinin artım sürətini nəzərə alaraq yaxın gələcəkdə istehlak edilən ətin təminatında ciddi problemlərlə qarşılaşacağımızı təxmin etmək mümkündür. Hal-hazırda qida ehtiyatının artırılması istiqamətində gen mühəndisliyi metodlarından istifadə getdikcə artır. Belə ki, gen mühəndisliyi metodları ilə kənd təsərrüfatı heyvanlarının istehsal etdikləri südün tərkibində olan faydalı proteinlərin miqdarı ya artırılır ya da südün tərkibinə tamamilə yeni proteinlər əlavə edilir. Tərkibi dəyişdirilmiş süd ilə qidalanan yeni doğulan heyvanların inkişaf prosesininin sürətlənəcəyi, çəkilərinin artacağı və xəstəliklərə qarşı müqavimətlərinin güclənəcəyi ehtimal olunur[5;6] .

Dərman sənayesi və tibb sahəsində GMO-lar əvəzedilməz rol oynayır. İstər vaksinlərin və farmaseptik proteinlərin istehsalında, istərsə də xəstəliklərin müalicəsi üçün aparılan elmi-tədqiqat işlərində gen mühəndisliyi metodlarından geniş şəkildə istifadə edilir.

Gen mühəndisliyi metodlarının tətbiqinin həm qida, həm də qeyri-ərzaq sektorunda geniş yayılması və gələcəkdə törədə biləcəyi fəsadlar dünya ictimaiyyətində ciddi narahatçılıqlara səbəb olur. Hər hansı bir orqanizmin genomuna edilən modifikasiyalar orqanizmin metabolizmində, böyümə sürətində və ətraf mühitin təsirlərinə qarşı verəcəyi reaksiyalarda dəyişikliklərə yol aça bilər. Belə ki, genoma inteqrasiya edilmiş yeni genlər orqanizmin ümümi genom konfiqurasiyasını dəyişdirərək normal şərtlər altında aktiv olmayan bioloji prosesləri aktivləşdirərək toksik maddələrin istehsalına təkan verə bilər.Bu genetik dəyişikliklər həm GMO-nun özünə, həm də yaşadığı təbii mühitə, eyni zamanda ondan birbaşa və ya dolayı yolla istifadə edən insanlara öz təsirini göstərə bilər. İnsan sağlamlığına mənfi təsir göstərə biləcək ən önəmli risk mənbəyi insanların təbiətdə mövcud olmayan yeni allergenlərə məruz qalması və bağırsaq florasında antibiotiklərə müqavimətli olan yeni bakteriyaların ortaya çıxmasıdır.

GMO-larda olan pestisid, herbisid və ya antibiotik müqavimət genlərinin təbii orqanizmlərə keçmə ehtimalı nəinki insanlar üçün, eyni zamanda bütün ekosistem üçün təhlükə yarada bilər. Qeyd etmək lazımdır ki, GMO-larla fərqli növ təbii orqanizmlər arası gen transferi nəzəri olaraq inkar edilməsə də, praktik olaraq baş vermə ehtimalı çox azdır [2;7] . Bununla belə, hal-hazırda ən böyük təhlükə genetik modifikasiya olunmuş orqanizmlər ilə öz növlərinə aid, təbiətdə mövcud olan orqanizmlər arasında gen transferinin(cütləşmə və ya mayalanma vasitəsi ilə eyni növ orqanizmlər arası genetik materialın transferi) baş verməsidir. Başqa sözlə ifadə etsək, gen mühəndisliyi metodları ilə bir orqanizmə köçürülmüş yad genlər hər hansı genetik modifikasiya olunmamış təbii orqanizmlərin genomuna daxil olaraq gələcəkdə ekosistemə bərpası mümkün olmayacaq zərbələr vura bilər. Böcəklərə qarşı müqaviməti təmin edən genin çarpaz mayalanma ilə digər təbii bitkilərə keçmə ehtimalı buna misal olaraq göstərilə bilər.

Qeyd etmək lazımdir ki, GMO-ların potensial riskləri istər elmi tədqiqat institutları istərsə də kənd təsərrüfatı sahəsində fəaliyət göstərən biotexnologiya şirkətləri tərəfindən ətraflı şəkildə təhlil edilməmişdir. Bütün hallarda, genetik modifikasiya olunmuş və təbii qida məhsullarının keyfiyyət və təhlükəsizlik göstəriciləri müqayisəli şəkildə araşdırılaraq elmi əsaslara dayanan risk qiymətləndirilməsi aparılmalı və ictimaiyyətin narahatlığına son verilməlidir. Bu sahədə mövcud olan potensial risk faktorları bir çox ölkələri genetik modifikasiya olunmuş məhsulların istehsalına və idxalına qismən və ya tam məhdudiyyətlərin gətirməsinə vadar etmişdir.

İstinadlar:

- Takeda, S., & Matsuoka, M. Genetic approaches to crop improvement: Responding to environmental and population changes. Nature Reviews Genetics9, 444-457 (2008) doi:10.1038/nrg2342

- Phillips, T. (2008) Genetically modified organisms (GMOs): Transgenic crops and recombinant DNA technology. Nature Education 1(1):213

- United States Department of Energy, Office of Biological and Environmental Research, Human Genome Program. Human Genome Project information: Genetically modified foods and organisms, (2007)

- Lai, L. et al. Generation of cloned transgenic pigs rich in omega-3 fatty acids. Nature Biotechnology 24, 435-436 (2006)

- Wheeler, M. B. (2013) Transgenic Animals in Agriculture. Nature Education Knowledge 4(11):1

- Grosvenor, C. E. et al. Hormones and growth factors in milk. Endocrinology Reviews 14, 710-728 (1993).

- Ma, J., et al. The production of recombinant pharmaceutical proteins in plants. Nature Reviews Genetics 4, 794-805 (2003) doi:10.1038/nrg1177

Milli.Az Trend-ə istinadla Qida Təhlükəsizliyi Agentliyinin genetik modifikasiya olunmuş orqanizmlər haqqında araşdırmasını təqdim edir:

Sizin Reklam Yeriniz