news Image
2013.04.03
16:19
| A A A
İsmayıllıda sahibkarlar üçün treninq keçirilib

Aprelin 3-də İsmayıllı rayonunda İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı, İsmayıllı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün "Biznes ideyanı yarat, öz biznesinə başla və təkmilləşdir", "Biznes planların hazırlanması" və "İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər" mövzularında treninq keçirilib.


Mövqe.az-ın  İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən aldığı məlumata görə, tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin, İqtisadi İnkişaf Nazirliyinin Dağlıq Şirvan regional bölməsinin, Bakı Biznes Tədris Mərkəzinin, Mərkəzin Göyçay nümayəndəliyinin əməkdaşları, eləcə də İsmayıllı rayonunda fəaliyyət göstərən 70-dən çox sahibkar iştirak edib.


Bakı Biznes Tədris Mərkəzinin direktoru Akif Fərruxov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatının davamlı inkişaf etdiyini, sahibkarlıq fəaliyyətinin genişləndiyini və bu sahədə dövlət dəstəyinin gücləndirildiyini bildirib. Daha sonra isə, o, öz çıxışında biznes tədrisinin təkmilləşdirilməsi və müasir tələblər səviyyəsində qurulması istiqamətində Bakı Biznes Tədris Mərkəzi tərəfindən görülən işlər barədə də məlumat verib.


Bakı Biznes Tədris Mərkəzinin Göyçay nümayəndəliyinin rəhbəri Akif Abbasov keçirdiyi təqdimatlarda biznes ideyanın yaradılması, biznes-planların tərtib edilməsi, marketinq araşdırmalarının, SWOT təhlilin aparılması və bu sahədə beynəlxalq təcrübə və s. barədə məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıb.


Treninq iştirakçıları həmçinin, İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az və www.b2b.az elektron portalları, onlardan istifadə qaydaları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar və s. barədə məlumatlandırılıblar. 


Tədbir çərçivəsində iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.


 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs