Əlaqə Arxiv
news Image
2018.04.17
14:52
| A A A
Bəxtiyar Əsgərov: Naxçıvanda həyatın bütün sahələrində inkişaf mövcuddur

Azərbaycanda həyata keçirilən sosial-iqtisadi tədbirlər, proqramlar Naxçıvan Muxtar Respublikasında da uğurla həyata keçirilir.

Movqe.az xəbər verir ki, bu barədə “Caspian Energy” jurnalının Naxçıvan Muxtar Respublikasının lider olduğu Azərbaycanın iqtisadi regionlarının illik investisiya reytinqinin nəticələrinə həsr olunmuş xüsusi buraxılışının təqdimatı zamanı Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədri olduğu “Caspian European Club”un 2017-ci il üçün Azərbaycanın iqtisadi regionlarının illik investisiya reytinqinin nəticələrinə görə Naxçıvan MR lider seçilməsi münasibətilə “Caspian Energy” jurnalının təqdimatının keçirilməsi böyük əhəmiyyət daşıyır. Bu onu göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi tədbirlər, proqramlar Naxçıvan MR-də də uğurla həyata keçirilir.

B.Əsgərov qeyd edib ki, bütün iqtisadi göstəricilər bu jurnalda öz əksini tapıb. “Caspian Energy” jurnalında iqtisadi göstəricilər sxemlərlə, diaqram göstəriciləri ilə ardıcıl şəkildə verilib. Naxçıvan MR-in 2017-ci ildə iqtisadi reytinq göstəricilərinə görə birinci yerə çıxması təbii haldır. Naxçıvanda həyatın bütün sahələrində inkişaf mövcuddur. İstər özünün enerji təhlükəsizliyini, istərsə də ərzaq təhlükəsizliyini təmin etməsi onu göstərir ki, son illər ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən siyasət Naxçıvanda uğurla həyata keçirilir. Bu jurnal dünyanın 70 ölkəsində paylanılır və diqqət mərkəzindədir.

 

 

Sizin Reklam Yeriniz