news Image
2018.04.17
16:34
| A A A
Ötən il Azərbaycan mehmanxanaları 284 mln. manat gəlir əldə edib

Ötən il Azərbaycanda olan mehmanxanaların gəlirləri 2016-cı illə müqayisədə 18,2% artaraq 283,7 mln. manat olub.

 

Movqe.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən  verilən məlumata görə, gəlirlərin 67,9%-i nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 22,2%-i içkilər də daxil olmaqla qida məhsullarının satışı üzrə xidmətlərdən, 1,9%-i müalicə və sağlamlıq xidmətlərindən, 8,0%-i isə digər xidmətlərin göstərilməsindən əldə edilib.

 

Gəlirlərin 191,8 mln. manatı (67,6%-i) xarici vətəndaşlara göstərilmiş xidmətlər nəticəsində formalaşıb.

 

 

2016-cı illə müqayisədə mehmanxanaların xidmətlərindən istifadə edən əcnəbi turistlərin sayı 26,3% artaraq 981,0 min nəfər olub. Yerləşdirilmiş xarici ölkə vətəndaşları arasında Rusiya vətəndaşları 14,4%, Böyük Britaniya vətəndaşları 8,1%, Türkiyə vətəndaşları 7,3%, İran vətəndaşları 7,2%, ABŞ vətəndaşları 3,0%, Ukrayna vətəndaşları 2,3%, Almaniya vətəndaşları 2,2%, İtaliya vətəndaşları 1,8%, Gürcüstan vətəndaşları 1,5%, digər ölkələrin vətəndaşları 52,2% təşkil edib.

APA