Əlaqə Arxiv
news Image
2018.04.23
16:17
| A A A
Azərbaycan Rusiya ilə birgə kiçik tonnajlı yük avtomobili istehsal edəcək

Rusiyanın “Qorki Avtomobil Zavodu” (QAZ) ASC ilə “Azərmaş” ASC arasında “QAZ” markalı avtomobillərin Azərbaycanda yığılmasına dair əməkdaşlıq haqqında memorandum imzalanıb.

 

Movqe.az "APA-Economics"ə istinadən  xəbər verir ki, sənədə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevlə Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin arasında keçirilmiş görüş çərçivəsində imza atılıb.

 

Nazirin sözlərinə görə, Hacıqabul Sənaye Məhəlləsində Rusiya ilə birgə kiçik tonnajlı "QAZ" markalı maşınların yığılması da təşkil ediləcək. "Bu gün bununla bağlı müvafiq memorandum imzalandı. Bu işlərə yaxın zamanda başlanılacaq. Neft maşınqayırma sahəsi bizim üçün digər maraqlı sahələrdəndir", - deyə nazir vurğulayıb.

 

 

Bundan başqa, Mədəniyyət və Turizm Nazirliyi yanında “Şahdağ Turizm Mərkəzi” QSC ilə Rusiyanın “Şimal Qafqaz Kurortları” ASC arasında əməkdaşlığa dair memorandum da imzalanıb.

 

Nazir bildirib ki, bu ilin sonunda Rusiya ilə birgə tikilən dərman istehsalı zavodunun qablaşdırma hissəsi istifadəyə veriləcək.

Sizin Reklam Yeriniz