Əlaqə Arxiv
news Image
2018.04.25
12:59
| A A A
Yeni kadr islahatları Azərbaycanın sosial-iqtisadi tərəqqisini daha dinamik hala gətirəcək
Fikrət Yusifov : “Hökumətin yenidən formalaşması və xüsusən savadlı gənclərin cəlb edilməsi onu göstərir ki…”

Məlumdur ki, hökumətdə ciddi kadr islahatı həyata keçirildi. Yeni komandada xüsusən gənc kadrlara üstünlüyün verilməsi diqqəti çəkir. Mütəxəssislərin fikrincə bu, son illər qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımların tərkib hissəsi, məntiqi davamıdır. Belə ki, kadrların gəncləşdirilməsi fonunda ölkədə qeyri-neft sektorunun inkişafı daha dinamik hala gələ bilər. Bunu həm yeni şəxslərin keçmiş fəaliyyəti, həm də ölkənin prioriteti deyir. 

Sabiq maliyyə naziri, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, professor Fikrət Yusifov  bildirdi ki, 2015-ci ilin sonlarından başlayaraq iqtisadiyyatın qeyri-neft sektoruna transfer edilməsi istiqamətində ölkə başçısının verdiyi qərarlar, atılan addımlar bu gün yüksək nəticələrin əldə olunmasına gətirib çıxarıb: “Düzdür, 2014-cü ildən başlayaraq neftin qiymətinin kəskin aşağı düşməsi, baş verən maliyyə çətinlikləri, dünyada yaşanan təlatümlərin bizdən yan keçməməsi səbəbindən bəzi  itkilərimiz oldu. Lakin 2015-ci ilin sonlarından başlayaraq, real sektorun inkişafına yönəlmiş addımlar 2017-ci ildə öz nəticələrini verdi. 2016-cı ildə baş vermiş geriləmələr 2017-ci ildə aradan qaldırıldı. Prezident də çıxışlarında 2018-ci ilin sürətli inişaf ili olacağını bəyan etmişdi. Aprel ayının 9-da Nazirlər Kabinetinin geniş iclasında cənab Prezidentin çıxışında cari ilin birinci rübündə konkret nəticələrin əldə oldunduğu xüsusi vurğulandı. 
Cari ilin birinci rübü ərzində ötən ilin birinci rübü ilə müqayisədə iqtisadiyyatda artım qeydə alınıb. Qeyri-neft sənayesində 10 faiz, kənd təsərrüfatında isə 4.2 faiz artıma nail olunub. Ötən ilin birinci rübü ilə müqayisədə qeyri-neft sektoru ixracında 37 faiz artım əldə edilib. Bu da ciddi rəqəmdir. O deməkdir ki, qeyri-neft sektorunun inkişafı ilə bağlı hökumətin müəyyən etdiyi proqramlar, atdğı addımlar, bütövlükdə müəyyən etdiyi strategiya çox düzgündür. Bu strategiya öz müsbət nəticələrini verməyə başlayıb”.
Professor əlavə etdi ki, prezident  seçkilərindən sonra ölkə rəhbərinin verdiyi “real sektorun inkişafı ilə bağlı görülən işlər daha da dərinləşəcək” bəyanatı artıq kurs kimi müəyyən olunub: “Bunun üçün yeni komandanın formalaşmasına ehtiyac var idi. Hökumətin yenidən formalaşması və xüsusən savadlı gənclərin cəlb edilməsi onu göstərir ki, dövlətin məqsədi bu islahatları dərinləşdirmək və bunun hesabına ölkə iqtisadiyyatını daha yüksək səviyyədə inkişaf etdirmək, başlıca hədəf kimi qeyri-neft sektorunun payının artırılmasına nail olmaqdır. Bu şəkildə yaxın gələcəkdə ölkə iqtisadiyyatında qeyri-neft sektorda daha yüksək nəticələrin əldə olunduğunu görə biləcəyik. Real sektorun ixracı artmaqla yanaşı, onun coğrafiyası da genişlənir. Artıq Azərbaycan Çindən Qərbə qədər bir çox ölkələrə məhsul ixrac edir. Yaxın bir neçə il ərzində bu coğrafiyanın daha da böyüməsi gözlənilir. Eyni zamanda real sektorda ixracının həcmi artacaq”. 
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz