Əlaqə Arxiv
news Image
2018.04.26
16:27
| A A A
Trilyoner olmaq bu işdən keçir

İlk trilyoner sərvətini kosmosdan qazanacaq. Movqe.az xəbər verir ki, bu proqnozla "Goldman Sachs" şirkəti çıxış edib. Şirkətin proqnozuna əsasən, kosmik mədən dünyadakı istənilən işdən daha sərfəli sənayedir. Maliyyə qurumunun məlumatına görə, texnoloji inkişaf dünyada asteroid mədənçiliyi üçün lazım olan şərtləri əlverişli hala gətirməyə cavab verir. Bu sahəyə girən şirkət dünyada misli görünməmiş sərvətə sahib olacaq. Asteroidlər əsasən Mars və Yupiter planetləri arasında qalan  obyektlərdir. Günəş sistemində 1 milyondan çox asteroid var. Hazırda dünyada mineral mədənçilik qanunlarla tənzimlənir. Bu qanunların bir çoxu kosmik qazma işləri üçün də yenilənir. Avropa Birliyi asteroidlərdən çıxarılan mineralların Yer kürəsinə gətirilməsini tənzimləyən qanuna malikdir. Maliyyə agentliyinin hesablamalarına görə, komsmik mineralı çıxarmaq üçün qazıntı alətləri on milyonlarla dollar tələb edir. Daşımalar isə 2,6 milyard dollar civarındadır. 
Qeyd edək ki, bu gün kosmik qazma sahəsindəki ciddi addımlar atan iki şirkət - Deep Space Industries və Planet Recources haqqında danışmaq mümkündür. Hər iki şirkət Lüksemburq hökuməti ilə işləyir. Lüksemburq asteroidlərin dağıdılmasını reallaşdırmaq üçün bir sıra layihələri maliyyələşdirib. Qarşılığında isə bu şirkətlərdən pay alıb. Lüksemburq həmçinin  ötən il kosmik mədən haqqında qanun qəbul edib. 
Mübariz Bayramov

Sizin Reklam Yeriniz