Əlaqə Arxiv
news Image
2018.04.26
17:44
| A A A
Azərbaycan Mərkəzi Bankı (AMB) sabaha olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. AMB-dən "APA-Economics"ə verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi 1,7000 səviyyəsində müəyyən olunub.

Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təşkilatçılığı ilə sığorta şirkətlərinin PR menecerləri ilə görüş keçirilib.

Movqe.az APA-ya istinadən verilən məlumata görə, görüşün əsas məqsədi sığorta sektorunun düzgün təbliği üçün PR Strategiyasının hazırlanması üzrə müzakirələrin aparılmasından ibarət olub.

ASA-nın sədri qeyd edib ki, sığorta sektorunun işinin effektivliyi yalnız sığorta sahəsinin əməkdaşlarından asılı deyil və buna görə də qeyri-sığorta sahəsində baş verən axsamalar sığorta sahəsinə olan inam və etibarı zədələyir. Hal-hazırda sığorta bazarına qarşı cəmiyyətdə etimadsızlığın səbəblərindən birinin sığorta bazarının istehlakçılara düzgün təqdim edilməməsindən ibarət olduğunu qeyd edib.

 

Görüş zamanı sığorta bazarının düzgün təbliğinin həyata keçirilməsi üçün bütün sığorta sektorunu əhatə edəcək vahid bir PR Strategiyanın hazırlanmasının zəruriliyi barədə müzakirələr aparılıb. Görüş iştirakçıları məsələ ilə bağlı fikir mübadiləsi aparıb və görüşün yekunu olaraq şirkətlərin bununla təkliflərinin toplanması, ASA-nın nəzdində sığorta təbliğat qrupunun yaradılması və qrup çərçivəsində təbliğat strategiyasının hazırlanması qərara alınıb.

Sizin Reklam Yeriniz