Əlaqə Arxiv
news Image
2018.04.26
18:17
| A A A
SOCAR Ukraynada yanacaqdoldurma stansiyaları arasında liderdir

Ukraynada “Uğur favoritləri – 2017” ticarət markaları reytinqinə yekun vurulub. Azərbaycanın SOCAR yanacaqdoldurma stansiyaları (YDS) şəbəkəsi yerli WOG və OKKO şirkətlərini geridə qoyaraq ən yaxşı YDS şəbəkəsi statusunu qazanıb.

Movqe.az xəbər verir ki, istehlakçılar üçün FAVOR portalı bazarın liderlərini artıq on beşinci dəfədir ki, milli miqyasda müstəqil tədqiqatlar aparılması yolu ilə müəyyən edir. Ticarət markaları müsabiqəsinin münsiflər heyətinə sahə ekspertləri, istehlakçılar və nüfuzlu liderlər daxildir. Reytinqin tərtib edilməsi üçün əsas meyar sorğu iştirakçılarında hər birinin müəyyən malı və xidməti digər istehlakçılara tövsiyə etmək arzusudur. “SOCAR Ukrayna”nın pərakəndə biznes istiqaməti üzrə direktoru İqor Orlov deyib: “Ukraynada işlədiyi illər ərzində SOCAR öz unikal servisi ilə müştərilərini dəfələrlə heyrətləndirib, bazarın inkişaf trendlərini müəyyən edib. Məsələn, biz birinci olaraq Wi-Fi, pulsuz kimyəvi təmizləmə və baqajın qablaşdırılması xidmətlərini, habelə uşaqları ilə birgə səyahətə çıxan valideynlər üçün bələk masaları təklif etmişik. Yüksək səviyyəli xidmətlər təqdim etmək və eyni zamanda hər kəsə səmimi münasibət şəraiti yaratmaq üçün bütün xırdalıqları nəzərə almağa çalışmışıq”.

Ekspert münsiflərin fikrincə, səsvermə zamanı məhz bu üstünlüklər həlledici rol oynayıb. SOCAR şirkəti də öz növbəsində, onun fəaliyyətinin yüksək qiymətləndirilməsinə görə ukraynalılara təşəkkürünü bildirir və öz qonaqlarının ümidlərini və etimadını bundan sonra da doğruldacağını vəd edir.

SOCAR Energy Ukraine – Azərbaycan Dövlət Neft Şirkətinin törəmə müəssisəsidir. SOCAR-ın Ukraynadakı nümayəndəliyi 2008-ci ildə açılıb. Hazırda premium sinfinə aid YDS şəbəkəsinə Ukraynanın 11 vilayətində quraşdırılmış 61 yanacaqdoldurma kompleksi daxildir. SOCAR holdinqinin fəaliyyət sahələrinə yanacağın bütün növlərinin iri və xırda topdansatış yolu ilə satışı, saxlanılması və daşınması, həmçinin təbii qazın idxalı məsələlərini əhatə edir.

AzərTac

Sizin Reklam Yeriniz