news Image
2018.05.17
15:11
| A A A
Neftin qiyməti 80 dolları keçdi - 4 ildən sonra ilk dəfə

Neft 2014-cü ilin noyabr ayından bəri ilk dəfə olaraq 80 dollardan yuxarı qiymətə satılır.

Movqe.az-ın verdiyi xəbərə görə, "Brent" markalı neftin qiyməti London birjasında 1,1% artaraq 80,18 dollara satılır.

Ekspertlərin rəyincə, neftin bahalaşmasına ABŞ-da neft ehtiyatların azalması, bu ölkənin İranla nüvə sazişindən çıxması və yeni sanksiyaların tətbiq edilməsi səbəb olub.

Qeyd edək ki, Bakı vaxtı ilə səhər saatlarında "Brent" markalı neftin qiyməti 79 dollar/barelə yaxın idi.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs