Əlaqə Arxiv
news Image
2018.05.17
19:30
| A A A
Neftin qiyməti 2014-cü ildən bəri ilk dəfə 80 dolları keçib

 Neft 2014-cü ilin noyabr ayından bəri ilk dəfə olaraq 80 dollardan yuxarı qiymətə satılır.

"Report"un "Bloomberg"ə istinadən verdiyi xəbərə görə, "Brent" markalı neftin  qiyməti  London birjasında 1,1% artaraq 80,18 dollara satılır.
Ekspertlərin rəyincə, neftin bahalaşmasına ABŞ-da neft ehtiyatların azalması, bu ölkənin İranla nüvə sazişindən çıxması və yeni sanksiyaların tətbiq edilməsi səbəb olub.
Qeyd edək ki, Bakı vaxtı ilə səhər saatlarında "Brent" markalı neftin qiyməti  79 dollar/barelə yaxın idi.

Sizin Reklam Yeriniz