Əlaqə Arxiv
news Image
2013.04.08
16:32
| A A A
İstehlak bazarında yararsız ərzaq məhsulları aşkar edilib

Mövqe.az-ın İqtisadi İnkişaf Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, istehlak bazarında yararsız ərzaq məhsulları aşkar edilib.

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı

Şəmkir rayonunda

- Kür qəsəbəsində Famil Kərimova məxsus mağazada saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı müəyyən edilib.


Bakının Xətai rayonunda

- İ.İsmayılov küçəsi, ev 50 ünvanında Azər Mirzəyevə məxsus mağazada;

- Z.Yusifov küçəsi, ev 16 ünvanında Emil Hüseynova məxsus mağazada;

- R.Bağırov küçəsi, ev 36 ünvanında Nizami Tağılıya məxsus "Ümüd" mağazasında;

- N.Tusi küçəsi, ev 11 ünvanında Bəfaddin Xanəhmədova məxsus "Teoman" mağazasında;

- Y.Səfərov küçəsi, ev 27 ünvanında Sirac Əzimova məxsus "Fərid" mağazasında;

- Həzi Aslanov qəsəbəsi, 4-cü dairəvi ünvanında Səttar Cabbarlıya məxsus mağazada;

- K.Kazımov küçəsi, 34/17 ünvanında Mustafa Mustafayevə məxsus mağazada;



Gəncə şəhərində

- Təbriz küçəsi, 313A ünvanında Elmar Məmmədova məxsus mağazada;

- Yeni Gəncə qəsəbəsində, Gəncə Kooperativ Cəmiyyətinə məxsus mağazada;



Xaçmaz şəhərində

- 20 yanvar küçəsində Tərlan Sultanova məxsus mağazada;



Ağcabədi rayonunda

- Təzəkənd kəndində Zakir Ağayevə və Elmin Həziyevə məxsus mağazalarda;


 

Goranboy rayonunda

- Goran qəsəbəsində Yunis İsmayılova məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.

Ümumilikdə, monitorinqlər zamanı 160 kq-dan çox saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilib.


Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.


İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və İqtisadi İnkişaf Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.


 

Sizin Reklam Yeriniz