news Image
2018.05.18
11:34
| A A A
Azərbaycanda əhalinin qida təhlükəsizliyi sahəsində ictimai nəzarəti həyata keçirməsi üçün proqram hazırlanıb

"Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi yeni mobil dəstək proqramı hazırlayıb. Bu proqram Azərbaycanda əhalinin qida təhlükəsizliyi sahəsində ictimai nəzarət funksiyasını həyata keçirməsinə kömək edəcək". Movqe.az xəbər verir ki, bunu agentliyin sədri Qoşqar Təhməzli I Bakı Beynəlxalq Qida Təhlükəsizliyi konfransında deyib. Onun sözlərinə görə, hər bir Azərbaycan vətəndaşı qida təhlükəsizliyi sahəsində xüsusi maarifləndirmə işlərini öyrənməklə yanaşı, Azərbaycanda təhlükəli və təhlükəsiz qidalar haqqında lazımi bilgiləri mobil dəstək proqramı vasitəsilə əldə edə biləcəklər. Q.Təhməzli bildirib ki, proqram vasitəsilə vətəndaşlar harada olmasından asılı olmayaraq qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq strukturlarının işinə nəzarət edəcəklər. Agentlik sədri vurğulayıb ki, bu nəzarət qidanın tarladan süfrəyə qədər gətirilməsini əhatə edən bütün mərhələlərdə mümkün olacaq. Proqram qida zəncirində iştirak edən bütün sahibkarlıq obyektlərində baş verə biləcək hər hansı bir pozuntunu ortaya çıxaracaq. Eyni zamanda təhlükəli qidanın ictimaiyyət tərəfindən üzə çıxarılmasına kömək edəcək: "Bu da əhalinin bu işdə yaxından iştirakına töhfə verəcək. Ölkə başçısı proqramı çox bəyənib. İyulun 1-dən etibarən proqram istifadəyə veriləcək".

"Report" 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs