Əlaqə Arxiv
news Image
2018.05.19
11:00
| A A A
İdarəetmədəki islahatların mahiyyətində insan kapitalı və şəffaflıq dayanır
Cəmiyyətin böyük bəlası sayılan korrupsiyaya qarşı mübarizə islahatlar fonunda yeni məna kəsb edir

Həyat daim inkişaf edir, öz xarakterini və səviyyəsini dəyişir. Köhnə dövrlərdən qalma və müasir dövrün tələblərinə cavab verməyən vərdişlər aradan qalxır, yerini insanların intellektini təmin edən yeni çalarlara verir. Bu mənada Prezident İlham Əliyevin apardığı kadr islahatları respublikanın ümumi inkişaf sürətindən və zamanın tələbindən doğur. 

Azərbaycan müstəqillik qazananda cəmiyyətimizdə köhnədən qalmış xeyli sosial bəlalar kök salmışdı. Bunların aradan qaldırılması üçün sözün həqiqi mənasında ciddi mübarizə aparmaq lazım idi. Lakin ilk növbədə bu mübarizənin əsası yaradılmalıydı ki, bu da iqtisadiyyatın yenidən qurulmasını tələb edirdi. İqtisadiyyat yenidən quruldu, həyatın tələblərinə cavab verən ictimai və istehsal münasibətləri yarandı. Ölkə sürətli inkişaf yoluna çıxdı. Bu işlərin fonunda bir çox əskikliklər aradan qalxdı. Lakin elə məsələlər var idi ki, bu insanların zehinlərinə hopmuşdu və onların ləğvi uzun bir proses nəticəsində mümkün idi. Bu mənfi hallardan biri korrupsiya idi. Artıq bunun da vaxtı çatıb və hökumət bu bəlaya qarşı mərhələli şəkildə planauyğun mübarizə aparır.

Prezident İlham Əliyev bi ictimai bəla haqda vaxtaşırı danışır və ona qarşı mübarizənin sistemli xarakterini bəyan edir: “Biz korrupsiya üçün meydanı daim daraltmalıyıq. Burada müxtəlif üsullardan istifadə edirik və edəcəyik. İlk növbədə əlbəttə ki, cəza tədbirləri daha da ciddi olmalıdır. Hər bir vətəndaş bilməlidir ki, onun korrupsiya ilə bağlı əməlləri cəzasız qalmayacaqdır. İnzibati tədbirlər də xüsusi yer tutur. Profilaktik tədbirlər, maarifləndirmə və eyni zamanda, ölkəmizdə bu sahədə aparılan sistem xarakterli islahatlar da öz rolunu oynayır...
Biz bütün sistemimizi şəffaflaşdırmalıyıq. İqtisadi-maliyyə sektorunun şəffaflaşması prosesi uğurla baş verir, davam edir. Şəffaflıq indeksinə görə Azərbaycan dünya miqyasında ön plandadır. Ona görə, belə olan halda ölkəmizin uğurlu inkişafını və gözəl perspektivlərimizi nəzərə alaraq korrupsiyaya qarşı mübarizədə də biz dünya miqyasında mütləq ön planda, ön sıralarda olmalıyıq”.

Korrupsiyanın qarşısını almaq üçün onun yaranmasına imkan verən şəraiti dəyişmək birinci dərəcəli vəzifədir. Bu istiqamət Azərbaycanda böyük uğurla həyata keçirilir. “ASAN Xidmət” şəbəkəsi buna nəinki ölkə daxilində, hətta beynəlxalq miqyasda ən işlək nümunədir. Bu xidmətdən əhali də, hakimiyyət də razılıq edir. Çünki, əməli xeyrini hamı görür. Cüzi dövlət rüsumunu ödəməklə problemini köklü şəkildə həll edən vətəndaşa bundan artıq nə lazımdır? Ortada nə rüşvət söhbəti var, nə də qanunların pozulması. İnsanlar qanunçuluğa riayət etməyə adət edir, kimlərinsə cibini dolduran külli miqdarda rüşvətin əvəzinə az miadarda olsa da rüsum dövlətin xəzinəsinə gedir. Bunu görən vətəndaşda isə yüksə məmnunluq hissi yaşanır. Ona görə ki, o, aldadılmır, pulu əlindən məcburi şəkildə alınmır.

Lap bu yaxınlarda Prezidentin sərəncamı ilə baş verən yüksək vəzifəli kadrların yeni, daha gənc və fəal kadrlarla əvəz olunması korrupsiyaya qarşı mübarizənin yeni dalğasını yaradacaq. Təsadüfi deyil ki, bu kadrlardan birinin-Diasporla İş üzrə Dövlət Komitəsinin sədri təyin olunan Fuad Muradovun kollektivə təqdim edilməsi zamanı Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev məhz köhnə rəhbərlik zamanı baş vermiş mənfi hallardan danışarkən korrupsiyanın, dövlət pullarının təyinatı üzrə xərclənməməsindən bəhs etmişdi. Bundan başqa rəhbərlik səviyyəsində kadr dəyişikliyi edilən Əmək və əhalinin sosial müdafiəsi nazirliyi, Ekologiya və Təbii sərvətlər nazirliyi, Dövlət Miqrasiya Komitəsi və digər strukturlarda elə ilk gündən korrupsiyanın birdəfəlik ləğv olunması istiqamətində addımlar atılır.

Sözün düzü, şəffaf və umacaqsız işləmək üçün Azərbaycanda gözəl qanunlar fəaliyyətdədir. Lakin bəzi təmənnalı məmurlar qanunları pozmaqla cinayətə sürüklənirlər. Təbii ki, qanun pozuntusu müəyyən haqq müqabilində baş verir ki, bu da cəmiyyətdə mənfi tendensiya yaratmaqla bərabər cinayət məsuliyyəti deməkdir. Nazirliklərdən yayılan məlumatlarda aydın görünür ki, daxili kadr siyasəti başalnılıb və əsas məqsədi insan kapitalından səmərəli və məqsədəuyğun istifadə etməyə tönəlib. Məlum məsələdir ki, prezident yeni təyinatları gerçəkləşdirərkən həmin şəxslərə ciddi tapşırıqlar verib. Bu sırada qanunçuluğun möhkəmləndirilməsi və təmənnalı işin aradan qaldırılması korrupsiyasız cəmiyyət qurulması yolunda Azərbaycanı dünyada ön mövqeyə çıxaracaq.

N.NOVRUZ

 

 

Sizin Reklam Yeriniz