Əlaqə Arxiv
news Image
2018.05.19
20:18
| A A A
Bu ilin 4 ayında 301 mln. manat sığorta haqqı toplanıb

2018-ci ilin yanvar-aprel ayları ərzində ölkədə fəaliyyət göstərən 21 sığorta şirkəti tərəfindən 301,4 mln. manat məbləğində sığorta haqları toplanıb və 78,5 mln. manat məbləğində sığorta ödənişi həyata keçirilib.          

Könüllü sığorta bazarı üzrə haqlar 220,9 mln. manat, ödənişlər isə 56,9 mln. manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 80,5 mln. manat, ödənişlər isə 21,6 mln. manat olub.

 

2018-ci ilin yanvar-aprel ayları ərzində sektor üzrə məcmu sığorta haqlarının 73,3%-i  könüllü, 26,7%-i  isə  icbari  sığorta  növlərinin  payına  düşüb. Sığorta  ödənişlərinin 72,5%-i könüllü, 26,5%-i isə icbari sığorta növləri hesabına formalaşıb.

 
 

 

Sizin Reklam Yeriniz