Əlaqə Arxiv
news Image
2013.04.08
17:46
| A A A
161 015 sığortaolunana fərdi hesab açılıb

Cari ilin birinci rübündə Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən əlavə olaraq 161 015 sığortaolunana fərdi şəxsi hesab açılaraq sosial sığorta şəhadətnamələri paylanılıb.  Mövqe.az-ın məlumatına görə, 2013-ci il aprelin 1-i tarixinə olan statistikaya əsasən, Azərbaycanda fərdi şəxsi hesaba malik  sığortaolunanların sayı 2 427 089 nəfərə yüksəlib.

Dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan sığortaolunanların 57,9 faizi kişi, 42,1 faizi isə qadındır. 

Fərdi şəxsi hesabı olanlar arasında 30-40 yaş aralığında sığortaolunanlar nisbətən üstünlük təşkil edir. Göstərilən yaş kateqoriyalarına aid olan vətəndaşlar ümumi sığortaolunanların 23,6 faizini əhatə edir. Bundan başqa, fərdi uçot sistemində 30 yaşa kimi sığortaolunan vətəndaşlar 22,9 faiz, 40-50 yaş aralığında olan sığortaolunanlar 22,8 faiz, 50-60 yaş aralığında olan sığortaolunanlar 20,8 faiz, 60 yaşdan yuxarı olan sığortaolunanlar isə 9,9 faiz təşkil edir. 

  

Fərdi uçot - Azərbaycan Respublikası qanunvericiliyinə uyğun əmək pensiyalarının və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır. 2006-cı il 01 yanvar tarixdən tətbiq olunan "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyaları fərdi hesaba toplanan pensiya kapitalına əsasən hesablanır.


Sizin Reklam Yeriniz