Əlaqə Arxiv
news Image
2018.05.22
14:37
| A A A
Neftin büdcə qiyməti 55 dollar təklif olundu

“Hazırda Azərbaycan nefti 2018-ci ilin dövlət büdcəsində proqnozlaşdırıldığından təqribən iki dəfə baha satılır. Əgər büdcədə neftin qiyməti 45 dollar götürülübsə, hazırda Azərbaycan nefti dünya bazarında 80 dollar civarında satılır. Bu da büdcəyə böyük həcmdə əlavə gəlirlərin daxil olması deməkdir”.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Əli Məsimli deyib. O, bildirib ki, bütün bunlar büdcəyə yenidən baxılmasını zəruri edir:

“Büdcəyə dəyişikliyi zəruri edən amillərdən biri də 2018-ci ilin mart-may aylarında büdcə təşkilatlarında çalışanların maaşlarının artırılmasıdır. Hələ birinci variantda maaşların artırılması üçün 600 milyon manat əlavə vəsaitə ehtiyac var idi. İndi bu vəsait struktur dəyişikliyi hesabına olacaq, yoxsa əlavə vəsatin cəlb edilməsi ilə, bunu demək çətindir. Ola bilsin, neftdən gələn əlavə gəlirlər hesabına əmək haqlarına vəsait ayrılsın. Bunlar müzakirə obyektidir. Bütün bu deyilənlər 2018-ci ilin büdcəsinə baxılaraq dürüstləşdirilməsini zəruri edir. Ona görə də iyun ayında məsələyə baxıla bilər”.Ə.Məsimli qeyd edib ki, əgər büdcəyə baxılarsa, neftin büdcədə proqnozlaşdırıldığı 45 dollar həcmi 10 dollar qaldırıla bilər. “Belə praktika olub. 2017-ci ilin büdcəsində neftin qiyməti 25 dollar götürülsə də, proqnozlaşdırıldığından baha olduğu üçün dəyişdirilərək 40 dollara qaldırıldı. Hazırda büdcədə neftin qiyməti 45 dollar nəzərdə tutulsa da, real olaraq bazarda neftin qiyməti 80 dollar civarındadır. Odur ki, məsələyə baxılıb neftin qiymətini büdcədə 55 dollar həcmində götürmək olar. Bu, məqbul variantdır”.

Sizin Reklam Yeriniz