Əlaqə Arxiv
news Image
2018.05.22
18:30
| A A A
Rusiyada banklara görə müflis olan vətəndaşların borcu 74% artıb

Rusiyada "Banklar qarşısında müflisləşmə haqqında" qanuna uyğun olaraq, müflis olmuş vətəndaşların borcu ötən il 74% artaraq 34,93 mlrd. rubla (558 mln. ABŞ dolları) çatıb.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Milli Müflisləşmə Mərkəzi məlumat yayıb. 
Qurum həmçinin bəyan edib ki, ötən il müflis olması barədə ərizə yazan vətəndaşların sayı 87 mini ötüb. Analitiklərin fikrincə, 2020-ci ilə qədər bu rəqəm 5 dəfə artacaq. 
Rusiya Dövlət Dumasının maliyyə bazarları üzrə komitəsinin sədri Anatoliy Aksakov təklif edib ki, əhalinin borc yükünü azaltmaq üçün bankların ödəniş müddəti bitdiyinə görə hesabladığı cərimələrin məbləği qanunvericilk səviyyəsində azaldılsın.

Sizin Reklam Yeriniz