Əlaqə Arxiv
news Image
2018.05.23
19:30
| A A A
ABŞ prezidenti Aİ ölkələrindən polad və alüminium idxalını azaltmaqda israrlıdır

ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqı (Aİ) ölkələrindən polad və alüminium idxalını 10% azaltmaqda israrlıdır. 

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Polşa hökumətinin nümayəndələri bildiriblər. 
Məlumata görə, Ağ ev bununla bağlı 2 variant təklif edib. Bunlardan biri 2018-ci ildə polad və alüminiumun idxalının 2017-ci illə müqayisədə bəri başdan 10% azaldılmasıdır. Digər variant isə idxal əvvəlki ilə nisbətdə 90%-lik göstəricini keçdiyi halda gömrük rüsumlarının tətbiqidir. 
Avropada D.Trampın dəqiq nə etmək istədiyini hələlik başa düşmürlər. Bu arada Aİ-nin ticarət üzrə komissarı Sesiliya Malmstrem bildirib ki, ABŞ-ın atdığı addımlara qarşı heç nə edə bilməzlər. 

Sizin Reklam Yeriniz