Əlaqə Arxiv
news Image
2013.04.09
12:44
| A A A
Mingəçevirdə investisiya layihələrinin qəbulu başlayır

Mövqe.az-ın məlumatına görə, İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu 2013-cü il aprelin 5-də Mingəçevir şəhərində "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirib.


Tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Mingəçevir şəhəri üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:

- müasir iplik və parça istehsalı fabrikinin yaradılması;

- tikinti materialları istehsalı sahəsinin yaradılması.

Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri Sahibkarlığa Kömək Milli Fondundan əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək. Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

Əlavə məlumat üçün Sahibkarlığa Kömək Milli Fonduna müraciət etmək olar:

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172

Telefon: (012) 434-74-29

Faks: (012) 432-37-17

e-mail: [email protected]

Sizin Reklam Yeriniz