Əlaqə Arxiv
news Image
2018.05.25
21:30
| A A A
ABŞ Türkmənistan pambığının tədarükünə qadağa qoydu

ABŞ Türkmənistandan pambıq və pambıq məhsullarının ölkəyə gətirilməsinə qadağa qoyub.

Bu barədə ABŞ sərhəd və gömrük mühafizəsi idarəsinin saytında dərc edilmiş məlumatda bildirilir.

Məlumata görə, qərar mayın 18-də qəbul edilib.

Qərarın hansı səbəbdən qəbul edildiyi barədə açıqlama verilməyib. Lakin məlumdur ki, qərarın təşəbbüskarı olan “Cotton Campaign” humanitar təşkilatı dəfələrlə Orta Asiyada pambıq istehsalatı sahəsində uşaq və qul əməyindən istifadə olunduğunu iddia edib. Təşkilatın səyləri nəticəsində həmçinin “Inditex”, “IKEA” və “H&M” kimi iri ticarət şəbəkələri də Türkmənistan pambığının tədarükünü dayandırıb.

Sizin Reklam Yeriniz