Əlaqə Arxiv
news Image
2018.07.11
11:20
| A A A
Konteyner istehsalı gündəmə gəlir
Azər Allahverənov: "Konteyner istehsalı həm də beynəlxalq yükdaşımalarda Azərbaycanın rolunun artması deməkdir"

Ölkə rəhbəri ağır sənayenin daha bir elementinin istehsalı barədə anons verdi. Belə ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycanda vaqonlar və konteynerlərin istehsalının vacibliyini vurğludı: “Mən sahibkarlara müraciət edirəm ki, bu sahəyə diqqət göstərsinlər. Çünki bu, çox gəlirli sahə olacaqdır. Bunun əsas bazarı Azərbaycan olacaq. Çünki konteyner daşımaları dəfələrlə artacaq. Bizdə isə konteyner çatmır. Yükləri öz təşəbbüsümüzlə gətirmək üçün biz gərək konteyner parkına malik olaq. Ona görə, konteynerlərin istehsalı həm sahibkarlar üçün, həm dövlətimiz üçün çox vacib məsələdir. Hesab edirəm ki, sahibkarlar buna ciddi fikir verəcəklər”.

Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov bildirdi ki, konteyner istehsalı gəlir gətirən sahədir: “Burada söhbət yalnız konteynerlərin istehsalından getmir. Yükdaşılamalar vasitəsi ilə əldə ediləcək dividentlərin artımına gətirib çıxardan məsələdir. Nəzərə alaq ki, konteyner yükdaşımalarda bahalı daşıma aləti hesab olunur. Beynəlxalq daşımaların əsas elementlərindən biri məhz vaqon və konteynerdir. O baxımdan konteyner istehsalı həm də beynəlxalq yükdaşımalarda Azərbaycanın rolunun artması deməkdir. Digər tərəfdən, konteyner istehsalı ağır sənayenin inkişafından xəbər verir. Odur ki, sənayenin bu seqmentinin inkişaf etdirilməsi olduqca vacib amildir”. Ekspert əlavə etdi ki, koyteyner istehsalı öz növbəsində digər növ istehsalatı da aktuallaşdıra bilər: “Konteyner istehsalı sadəcə hansısa məhsulun saxlanılması başa düşülməməlidir. Məsələn, qonşu Türkiyənin beynəlxalq limanlarında konteynerlərin istifadə olunması prosesi böyük infrastrukturdur. Yəni, tək istehsal yox, proses idarə olunur, texnoloji yeniliklər tətbiq edilirş Yəni, konteyner istehsalı geniş anlamda müxtəlif sahələri bir-biri ilə əlaqələndirəcək dividentlər gətirə bilər”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz