news Image
2018.07.12
20:30
| A A A
Azərbaycan meyvə-tərəvəz ixracını 13%-dən çox artırıb

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycan 276 mln. 701,57 min ABŞ dolları dəyərində 299 min 677,26 ton meyvə-tərəvəz ixrac edib.

 
Bu barədə “APA-Economics” Dövlət Gömrük Komitəsinin xarici ticarətin gömrük statistikasının aylıq hesabatına istinadən məlumat verib.
 
Məlumata görə, bu, həcm baxımından 2017-ci ilin 6 ayı ilə müqayisədə 34 min 968,67 ton və ya 13,21% çoxdur. Məbləğ baxımından isə illik nisbətdə 46 mln. 635,38 min dollar və ya 20,27% çoxdur.
 
Xatırladaq ki, 2017-ci ilin yanvar-iyun aylarında Azərbaycan xarici ölkələrə 230 mln. 66,19 min dollar dəyərində 264 min 708,59 ton meyvə-tərəvəz ixrac edilib.
 
Qeyd edək ki, 2018-ci ilin yanvar-iyun aylarında meyvə-tərəvəzin ixracı Azərbaycanın ümumi ixracının 3,19%-ni təşkil edib.