Əlaqə Arxiv
news Image
2018.07.17
18:40
| A A A
Beynəlxalq Enerji Agentliyi neftə tələbatın artacağını proqnozlaşdırır

Bu ilin 6 ayı ilə müqayisədə 2019-cu ilin I yarısında neftə olan gündəlik tələbat 1,2 mln. barel artacaq.

 
"APA-Economics" xəbər verir ki, bu, Beynəlxalq Enerji Agentliyinin (BEA) aylıq hesabatında qeyd olunub.
 
Agentliyin mütəxəssisləri hesab edir ki, may ayında İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələrində neft ehtiyatları 13,9 mln. barel artaraq 2 mlrd. 840 mln. barelə yüksəlib. Bu, 2017-ci ilin iyul ayından bəri aylıq üçüncü artımdır. Bununla belə may ayının sonuna təşkilata üzv ölkələrin neft ehtiyatları 5 illik orta göstəricidən 23 mln. barel azdır.

Sizin Reklam Yeriniz