news Image
2018.07.14
16:26
| A A A
Rusiya İranın neft-qaz sektoruna 50 mlrd. dollar investisiya qoymağa hazır olduğunu bəyan edib

 Rusiya İranın neft-qaz sektoruna 50 mlrd. ABŞ dolları məbləğində investisiya yatırmağa hazırdır.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə İranın ali liderinin müşaviri Əli Əkbər Vilayəti Rusiya prezidenti Vladimir Putinlə görüşündən sonra bildirib.
"Rusiya prezidentinin bu gün qeyd etdiyi hazırlığa iki ölkə arasında neftlə bağlı əlaqələri inkişaf etdirmək və neft-qaz sektoruna investisiyanın həcmini 50 mlrd. dollara qədər artırmaq daxildir. Bu, İranda işləməkdən imtina edən Avropa şirkətlərini əvəz etmək üçün kifayət qədər böyük məbləğdir", - deyə o qeyd edib.