Əlaqə Arxiv
news Image
2018.07.19
20:00
| A A A
EBRD mayda Azərbaycana 99 mln. avro kredit verib

Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) 2018-ci ilin may ayında Azərbaycana ayırdığı vəsaitlərin ümumi həcmi 99 mln. avro və yaxud 3,23% artaraq 2018-ci il iyunun 1-nə 3,169 mlrd. avro təşkil edib.

“Report”un məlumatına görə, verilmiş borclarda özəl sektorun mövqeyi ötən aylara nisbətən 1 faiz bəndi zəifləyərək 25% olub.
Bankın Azərbaycanda maliyyələşdirdiyi layihələrin sayı isə dəyişməyib və ilin əvvəlində olduğu kimi 165 olaraq qalıb.
Qeyd edilən dövrdə Azərbaycanın EBRD-yə ödənişlərinin həcmi 81 mln. avro və yaxud 3,57% artaraq 2,351 mlrd. avroya çatıb. Bankın Azərbaycandakı əməliyyat aktivləri isə 6 mln. avro və yaxud 0,61% böyüyərək 992 mln. avro olub.
Hesabat dövründə EBRD-nin ölkədə maliyyələşdirdiyi layihələr üzrə cari portfelin həcmi isə 15 mln. avro yaxud 1,05% artaraq 1,444 mlrd. avroya bərabər olub.
EBRD-nin Azərbaycandakı aktiv layihə portfelində də dəyişiklik baş verib. Belə ki, bu layihələrin sayı 1 vahid yaxud 2,08% azalaraq yenidən 47-ə düşüb.
Bankın Azərbaycandakı portfelində isə dəyişiklik olmayıb. Belə ki, ötən ilin oktyabrından bəri səhm payı 2% olaraq qalıb.
EBRD-nin cari portfelinin 50,14%-i yaxud 724 mln. avroluq hissəsi enerji, 41,76%-i yaxud 603 mln. avroluq hissəsi infrastruktur, 4,92%-i yaxud 71 mln. avroluq hissəsi sənaye, kommersiya və aqrobiznes, 46 mln. avroluq yaxud 3,19%-lik hissəsi isə maliyyə institutlaşması üçün ayrılıb.

Sizin Reklam Yeriniz