Əlaqə Arxiv
news Image
2018.07.21
09:00
| A A A
Bakı Xəzərdə daha bir vacib transmiili layihə reallaşdıracaq
Natiq Cəfərli: “Bununla da “Transxəzər” boru kəmərinin çəkilişi ilə bağlı maneələr aradan qalxmış olacaq” Zəfər Vəliyev: “Xəzər dənizinin statusunun müəyyən olunmasından sonra Xəzərdəki karbohidrogen ehtiyatlarının işlənilməsində yeni mərhələ başlayacaq”

Qazaxıstanın xarici işlər naziri Kayrat Abdraxmanov Xəzəryanı dövlətlərin sammitinin avqustun 12-də Aktauda keçiriləcəyini bildirib. Onun sözlərinə görə, bütün dövlətlər diplomatik kanallar vasitəsilə artıq V Xəzər sammitindəki iştirakını təsdiqləyib. Bu sammitdə Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanacağı gözlənilir. 

Ekspertlərin sözlərinə görə, Xəzər dənizinin hüquqi statusu dənizdə müəyyən layihələrin reallaşmasına qapı açmış olacaq. Hansı ki, “Transxəzər” qaz kəmərinin çəkilişi də bundan sonra reallaşa bilər.
İqtisadçı-ekspert Natiq Cəfərli bildirir ki, son illər Xəzər dənizinin statusu ilə bağlı danışıqların predmeti əsasən satus müəyyən olunduqdan sonra, Xəzəryanı ölkələrin əlaqələrinin genişlənməsidir: “Bununla da “Transxəzər” boru kəmərinin çəkilişi ilə bağlı maneələr aradan qalxmış olacaq. Hələlik “Transxəzər”in çəkilməsinin qarşısında duran ən böyük maneə məhz Xəzər dənizinin statusunun müəyyən olunmamasıdır. Həmçinin Xəzər dövlətlərinin dənizin dibi ilə çəkiləcək kommunikasiya xətlərinə veto hüququn olmasıdır. Veto hüququn olması “Transxəzər” kəmərinin reallaşmasına ciddi maneə yaradan səbəbdir. Avqust ayının 12-də böyük ehtmalla sazişin ən azından ilkin protokolları imzalana bilər. İlin sonuna qədər isə sazişin əsas mətni ilə bağlı razılaşmanın tamamilə bitməsi və kökumət başçıları tərəfindən izamanlanması gözlənilir. 
Əgər bu il ərzində Xəzərin statusu öz həllini tapacaqsa, Azərbaycan və Türkmənistan üçün iri layihələrə start verməyə şərait yaranacaq. Azərbaycan artıq TANAP və TAP layihələri ilə infrastrukturu da qurub və Avropaya qaz nəqlinə start verib. 2020-ci ildə Avropa Azərbaycan qazını alacaq. Türkmənistan qazının da bu layihəyə qoşulması həm Türkmənistana, həm də Azərbaycana gəlir gətirəcək. Həmçinin Avropanın özü də Azərbaycanla yanaşı, Türkmənistan qazının da bu kəmərlər vasitəsi ilə Avropaya axmasında maraqlıdır. Bütün bunlar da Xəzər dənizinin statusuna bağlıdır. Böyük ehtimal ki, ilin sonuna qədər Xəzərin statusu ilə bağlı məsələ öz həllini tapacaq”.
Enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev bildirdi ki, Xəzər dənizinin statusunun müəyyən olunmasından sonra Xəzərdəki karbohidrogen ehtiyatlarının işlənilməsində yeni mərhələ başlayacaq: “Elə “Transxəzər” layihəsi illərdir müzakirə olunur. Ancaq nəzərə akaq ki, bu məsələdə əsas rolu Türkmənistan oynayır. 
Tükmənistanda elə fikir varsa, kəmərin çəkilməsinə nail ola bilər. Layihədə Avropa Komissiyasının da böyük marağı var. Türkmənistanla qaz tədarükü ilə bağlı danışıqlar aparır. Türkmənistan istəsə, layihənin gerçəkləşməsinə nail ola bilər. Nəzərə alaq ki, Türkmənistaın ixrac imkanları çox dardır. Yalnız Çinə qaz tədarük edir. Eyni zamanda Azərbaycan da ixrac güclərinin qonşu dövlətlərə açıq olduğunu bəyan edib. Yəni, kim istəsə, Azərbaycanın ixrac güclərinin imkanlarından istifadə edə bilər”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz