Əlaqə Arxiv
news Image
2018.07.23
10:50
| A A A
Qazaxıstan və Azərbaycan arasında nəqliyyat sahəsində əməkdaşlıq müzakirə edilib

"Transxəzər nəqliyyat dəhlizinin böyük potensialı var və bu layihə Azərbaycan və Qazaxıstanı yüksək servis təqdim edən və qitələri birləşdirə biləcək logistika qovşaqlarına çevirə bilər". Bunu Qazaxıstan Dəmiryolları regional nümayəndəliyinin rəhbəri Qaydar Abdikərmiov bildirib. 
O, hazırda Avropa və Asiya arasında ticarət dövriyyəsi 750 milyard dollara olduğunu və bunun durmadan artığını qeyd edərək Mərkəzi adlanan bu marşrutunu vurğulayıb: "Əgər Avropa və Asiya arasında üç marşrutun – Şimali, Mərkəzi və Cənubi marşruta bu ticarət dövriyyəsindən 10% cəlb oluna bilsəydi bu artıq yaxşı olardı". 
Bu arada vurğulayıb ki, bu marşrutlar hansısa ölkədən yan keçmir, sadəcə paralel aparılır. Abdikərimov qeyd edib ki, məhz Azərbaycan və Qazaxıstan bu marşrutun əsasında dayanır və hazırda bu layihəyə artıq 8 ölkə maraq göstərir. 
"Biz birlikdə inkişaf edirik. Qazaxıstanın nəqliyyat sahəsində layihələri, beynəlxalq bərə daşımalarının Kurık limanına köçürülməsi, bütün bunların effekti olacaq və Ələt limanları, Qara dəniz limanlarına çıxış əldə etməyə imkan verəcək. Bizi Türkiyəyə çıxaracaq "Bakı – Tbilisi – Qars" dəmiryolu xüsusi əhəmiyyət malikdir.
Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının satış və marketinq departamentinin rəhbəri Məmməd Həmidov da (Ələt Limanı) Qazaxıstan və Azərbaycan arasında nəqliyyat sahəsində əməkdaşlığın inkişafını xüsusilə vurğulayıb.
O, qeyd edib ki, ölkələr arasında konteyner daşımalarında artım müşahidə olunur. Onun sözlərinə görə, 2017-ci ilin birinci yarım ili müqayisədə konteyner dövriyyəsi iki dəfədən çox artıb: "Ötən ilin birinci yarım ilində 1863 ədəd konteyner daşınmışdısa, hazırda bu ilin analoji dövründə göstərici 3949 ədədə çatıb. Bu Transxəzər dəhlizi üzrə koordinasiya komitəsi, qazaxıstanlı həmkarlarımızla koordinasiyalı işimizin nəticəsidir". 
Bu arada vurğulayıb ki, Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının tranzit potensialının ildə 100 min konteyner və 15 milyon ton yük olduğunu qeyd edib. Limanın 11 yanalma yeri və böyük həcmdə olmayan yüklər üçün müvafiq infrastruktura ilə təchiz olunduğunu qeyd edib. 
Limanın perspektivlərində danışarkən o qeyd edib ki, Bakı – Tbilisi – Qars dəmiryolunun istifadəyə verilməsindən sonra onların gözləntiləri daha da artıb. 
Həmidov eyni zamanda Bakı limanında azad iqtisadi zonasının yaradılmasınıın vacibliyini vurğulayaraq bunun da yük dövriyyəsinə öz töhfəsini verəcəyini vurğulayıb. Şöbə müdirinin sözlərinə həm ölkədə, həm də regionda azad iqtisadi zonanın yaradılmasına və fəaliyyətinə böyük ehtiyac var.
Öz növbəsində Dövlət İqtisadiyyat Universitetinin professoru Elşad Məmmədov da regionunun yüksək nəqliyyat potensialını vurğulayıb: "Regionun nəqliyyat potensialı böyükdür və davamlı rəqabət imkanı var". 
Məmmədov eyni zamanda Transxəzər marşrutunun keçdiyi ölkələrdə istehsalın inkişaf etdirilməsinin vacibliyini və uğurlu coğrafi yerləşmə və uğurlu əməkdaşlıqdan istifadə etməyin vacibliyini qeyd edib. 
Onun fikrincə bundan əlavə nəqliyyat sahəsinə blokchain də daxil olmaqla yüksək texnologiyaların tətbiqi ilə bütün proseslərin sürətlənməsinə nail olmaq olar: "Yalnız tranzit və nəqliyyat xidmətlərinin təklif olunması ilə kifayətlənmək olmaz, istehsalatı inkişaf etdirmək lazımdır. Daha effektiv nəticəyə nail olmaq üçün ölkələrə makroiqtisadi siyasəti sinxronlaşdırmaq lazımdır".

Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz