Əlaqə Arxiv
news Image
2018.08.13
13:37
| A A A
“Azəriqaz”: Təbii qazla təmin edilən abonentlərin sayı 2 milyon 144 min 476-ya çatıb

Azərbaycanda təbii qazla təmin olunan abonentlərin sayı 2 milyon 144 min 476-ya çatıb.

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyindən (İB) Movqe.az-a bildirilib ki, bu ilin yanvar-iyul ayları ərzində İB-də əhali sektoru üzrə 50 min 360 yeni abonent qeydiyyata alınıb. Bunun da 31 min 202-si Bakı, Abşeron və Sumqayıt, 19 min 158-i isə regionlar üzrədir. Yeni abonentlərin sayının artmasında abonent bazasının daha da genişləndirilməsi istiqamətində işlərin aparılması, yaşayış məntəqələrinin qazlaşdırılması və qaz təminatının bərpa edilməsi, həmçinin təbii qazla təmin olunmuş ərazilərin genişlənən hissələrindəki fərdi yaşayış evlərinin qazlaşdırılması olub.

Bundan başqa, Bakı şəhəri, ətraf qəsəbə və kəndlərdə abonentlərin qaz təchizatının yaxşılaşdırılması məqsədilə qaz kəmərlərinin yenidən qurularaq şəbəkənin genişləndirilməsi istiqamətində görülən məqsədyönlü işlər öz müsbət nəticəsini göstərib. Aparılan işlər nəticəsində ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 milyon 144 min 476-ya çatıb.

Sizin Reklam Yeriniz