Əlaqə Arxiv
news Image
2018.08.21
08:00
| A A A
Azərbaycandan uğurlu iqtisadi gediş
Vahid Əhmədov: ”Azərbaycan manatının sabitliyi hökumətin yoxlanmış və effektiv maliyyə siyasətinin nəticəsidir”

ABŞ yaxın müttəfiqi olan Türkiyəni itirə bilməz. Bu sözlər ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə keçmiş müavini Metyu Brayzanın "Vaşinqton Post" qəzetində nəşr olunan məqaləsində yer alıb. Brayzanın sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın Türkiyənin polad və alüminiumuna qoyulan gömrük rüsumunu ikiqat artırması, həmçinin onun Ankara əleyhinə sanksiyaları genişləndirmək planları iki ölkə arasındakı gərginliyi kritik həddə çatdırıb. “Bu, NATO müttəfiqinə maksimum zərər vurmağı hədəfləyən gözlənilməz və düşmən davranışdır”, - diplomat Trampın fəaliyyətini qiymətləndirib.

Brayzanın fikrincə, ABŞ rəhbərliyinin Türkiyə iqtisadiyyatını çökdürmək məqsədi daşıyan qərarları Ankara ilə müttəfiqlik münasibətlərindən imtina etməyə bərabərdir. “Türkiyədən imtina edərək Tramp ABŞ-ın Yaxın Şərqdəki fəaliyyətini inkar edir, İŞİD-ə qarşı koalisiyanın hələlik yekunlaşmamış təşəbbüslərini təhlükə altında qoyur. Halbuki son məlumatlar bu terror qruplaşmasının yenidən səhnəyə qayıtmaq üçün planlar qurduğunu ortaya qoyur”, - Brayza yazıb. Ekspert ABŞ-ın Türkiyə ilə müttəfiqlikdən imtina etməsini mümkünsüz edən bir sıra səbəblərin olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu səbəblərdən biri ABŞ-ın xaricdə yerləşən əsas bazalarından hesab olunan Türkiyədə yerləşən İncirlik hərbi bazasıdır. “23 illik diplomatiya karyeramın 13 ilini Yaxın Şərqdə keçirən biri kimi bu bazanın son dərəcədə önəmli olduğuna əminəm. İŞİD mövcud olduğu müddətdə müharibə sona çatmaqdan çox uzaqdadır”, - Brayza qeyd edib.

ABŞ hazırda Rusiya iəl ciddi problemlər yaşayır. Rusiyanın “Şimal axını-2” qaz kəməri layihəsində iştirak edən şirkətlərə qarşı yeni sanksiyalar tətbiq edəcəyi barədə iddiaları şərh edərkən millət vəkili, politoloq Rasim Musabəyov bildirib ki, avqust ayının sonunda ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək. O qeyd edib ki, Moskvaya qarşı ən şiddətli sanksiya payız aylarında tətbiq ediləcək: “Amerika-Rusiya qarşıdurmasının hansısa müharibəyə gətirib çıxaracağını düşünmürəm. Lakin hiss olunur ki, ABŞ Rusiyanın iddialarından narahat olur. Bu baxımdan Rusiyanı iqtisadi cəhətdən zəiflətmək istəyir. Rəsmi Vaşinqton Moskvanı cəzalandırmaqla “Siz özünüzü belə apardığınız müddətcə, böyük iqtisadi itkilərlə üz-üzə qalacaqsınız” mesajını verməyə çalışır. ABŞ-dakı vəziyyətin hansı istiqamətdə dəyişəcəyini əvvəlcədən demək çətindir. Lakin hazırda Rusiyaya qarşı sanksiyaların sərtləşəcəyi mütləqdir”.

Amerika-Rusiya qarşıdurmasının regiondakı iqtisadi, siyasi vəziyyətə təsirlərinə gəlincə, R. Musabəyov hesab edir ki, ilk növbədə Moskvadan asılı olan Ermənistan daha da zəifləyəcək. İrana qarşı da ABŞ sanksiyalarını genişləndirir. Amerikalı senator Cek Rid Tramp administrasiyasının müxtəlif ölkələrə tətbiq etdiyi sanksiyalarla bağlı açıqlamasında bildirib ki, Donald Trampın strateji planının olduğunu düşünmürəm: “Onun etdikləri özünə hücumdan başqa bir şey deyil. Başda müttəfiq Kanada olmaqla, bir sıra ölkələrə tətbiq edilən sanksiya və məhdudiyyətlər anlamsızdır. Sanksiyalarla təhdid etmək yerinə, istədiyini açıq şəkildə ifadə etsə, daha yaxşı olar”. İndilikdə ABŞ sanksiyaları nəticəsində qonşu ölkələrdə milli valyutaların dəyəri də düşür. Bunun Azərbaycana mümkün təsiri barədə isə müxtəlif fikirlər səslənir. Milli Məclisin deputatı Vahid Əhmədov bildirir ki, Azərbaycanın ən böyük iqtisadi tərəfdaşları olan Türkiyənin, Rusiyanın və İranın milli valyutalarının devalvasiyası hələlik ölkəmizin bu dövlətlərlə ticarət-iqtisadi münasibətlərinin səviyyəsinə təsir etməyib: "Türkiyə ilə bizim əmtəə dövriyyəmiz 2 milyard dollardan çox təşkil edir, təxminən bip qədər də Rusiya Federasiyası və 300 milyon dollar da İran İslam Respublikası ilə. Düşünürəm ki, əgər ABŞ Ankaraya qarşı sanksiyaları sərtləşdirməsə, Türkiyə ilə ticarət münasibətləri ilin sonuna kimi sabit qalacaq". V.Əhmədov güman edir ki, lirənin devalvasiyası iqtisadi yox, siyasi səbəblərə malik olduğundan, baxmayaraq ki, ABŞ heç də sadə olmayan iddialar irəli sürür, yenə ümid var ki, qardaş ölkədə maliyyə durumu düzələcək. "Mənim bildiyim qədəri, türk banklarının vəziyyəti o qədər də qorxulu deyil. Bütovlükdə ticarət mənasında lirənin, rublun və rialın devalvasiyası bizim biznesmenlərimiz üçün hətta əlverişlidir, çünki onlar bu ölkələrdən daha çox mal idxal edə bilərlər. Ən pis vəziyyət İran rialı ilə bağlıdır və ehtimal ki, Tehrana qarşı sanksiyalar daha da sərtləşdiriləcək", - deyə deputat vurğulayıb.

“Azərbaycan türk neft-kimya sahəsinə və İran nəqliyyat infrastrukturuna investisiyaları olduqca savadlı şəkildə qoyub. Ona görə də Türkiyənin və İran İslam Respublikasının milli valyutaları ilə bağlı istənilən ssenari vaxtı bizim investisiyalarımız gəlirli olaraq qalacaq və qayıdacaq. Azərbaycan manatının sabitliyi də, həmçinin, Azərbaycan hökumətinin yoxlanmış və effektiv maliyyə siyasətinin nəticəsidir”, -deyə V.Əhmədov əminliklə qeyd edib.

Azərbaycan iqtisadçı-analitikində yalnız bir kiçik qorxu var ki, bizim sahibkarlarımız böhran yaşanan ölkələrə daha çox Azərbaycan valyutası çıxara bilərlər. Ancaq V.Əhmədov qeyd edib ki, müvafiq qurumlar artıq bu məsələ ilə məşğul olurlar və görülən tədbirlər güman etməyə əsas verir ki, ölkə iqtisadiyyatı bu planda da etibarlı qorunacaq.

Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz