news Image
2018.09.04
08:00
| A A A
Azərbaycan-Rusiya əlaqələri strateji tərəfdaşlığa çevrilir
Qabil Hüseynli: “Bölgənin iqtisadi cəhətdən ən güclü, inkişaf etmiş dövləti məhz Azərbaycandır” İlqar Vəlizadə: “Rusiyanın Azərbaycanla münasibətləri dərinləşdirməyənin səbəbləri çoxdur”

Rusiya Azərbaycanla iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi haqqında danışıqlar aparmağı planlaşdırır. Rusiyanın baş naziri Dmitri Medvedyev bunu nəzərdə tutan diplomatik görüşün keçirilməsi niyyətinə dair sərəncam imzalayıb.

Qeyd edək ki, Azərbaycan Prezidentinin Rusiyaya səfəri  fonunda da iki ölkə arasında yeni müqavilələr imzalanıb. Göründüyü kimi, Rusiya Azərbaycanla iqtisadi, siyasi, mədəni əməkdaşlığı möhkəmləndirməyə xüsusi diqqət yetirir.  Ekspertlərin fikrincə, bunu şərtləndirən səbəblər var. Bu isə ölkəmizin mövqelərinin regionda daha da möhkəmlənməsinə xidmət edir. 
Politoloq Qabil Hüseynli bildirir ki, bu yaxınlaşma  səbəbsiz deyil: “Nəzərə alaq ki, bölgənin iqtisadi cəhətdən ən güclü, inkişaf etmiş dövləti məhz Azərbaycandır. Bundan başqa, Azərbaycanın getdikcə böyüyən iqtisadi potensialı buraya investisiya yatırımlarının artmasını tələb edir. Bu fonda Rusiya iqtisadi cəhətdən Azərbaycanda daha da möhkəmlənmək istəyir. Ona görə də Rusiya Azərbaycana investisiya yatırmaq niyyətindədir. 
İqtisadi əlaqələrin isə əsas istiqamətlərindən biri, Rusiya müəssisələrinin Azərbaycanda filiallarının yaradılması, yaxud da Sovet dövründən qalmış müəssisələrin bəzilərinin birgə işlədilməsidir. Bu da həm Rusiyaya, həm də Azərbaycana böyük perspektivlər açır. Həmin müəssisələrin dirçəldilməsini məhz Rusiya ilə kooperativ əlaqələri möhkəmləndirməklə həyata keçirmək olar. Eyni zamanda Azərbaycan hərbi müəssisələrin filiallarını və ya onun analoqunun yaradılmasını istəyir. Rusiya isə buna hazır olduğunu bildirir. Onun bütün parametrləri isə danışıqlar prosesində müəyyənləşdiriləcək. Azərbaycan üçün bu gün həm iqtisadi əlaqələr, hərb sənayenin inkişaf etdirilməsi səylərini yüksək qiymətləndirmək lazımdır. Azərbaycan üçün ən əhəmiyyətlisi hərbi sənayelərinin yaradılması olacaq”. 
Digər siyasi şərhçi bildirdi ki, İlqar Vəlizadə bildirdi ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyaların kəskinləşməsi fonunda Rusiya bütün perspektiv bazarlarla münasibəti qorumağa və dərinləşdirmək niyyətindədir: “Perspektiv bazarlar dedikdə isə, iqtisadiyyatı böhrana məruz qalmayan, dünya bazarlarında dayanıqlığını qoruyub saxlayan ölkələr nəzərdə tutulur. Hansı ki, Azərbaycan da regionda belə ölkələrdən biridir. Xüsusən də Azərbaycanın logistik infrastrukturundan maksimum istifadə edərək, öz məhsullarını partnyor ölkələrə daşımağa çalışacaq. Odur ki, Rusiyanın Azərbaycanla münasibətləri dərinləşdirməyənin səbəbləri çoxdur. Belə bir vəziyyətdə Azərbaycan böyük partnyordur”. 
Azərbaycan öz coğrafi mövqeyi, nəqliyyat infrastrukturu, inkişaf etmiş iqtisadiyyatı, rus mədəniyyəti ilə ənənəvi əlaqələri baxımından Rusiya üçün böyük maraq və dəyər kəsb edir. Xüsusən ona görə ki, respublikada rus dili, birgə tarix, iki yüz il ərzində xalqlarımızı birləşdirən nə varsa, hamısı qayğı ilə əhatə olunub və qorunur. Bu fikri isə Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik, siyasi elmlər üzrə fəlsəfə doktoru Cəlil Xəlilov  Azərbaycan və Rusiya prezidentlərinin sentyabrın 1-də Soçidə keçirilmiş görüşünü şərh edərkən söyləyib.
Şübhəsiz ki, yüksək səviyyədə müntəzəm görüşlər dövlətlərarası münasibətlərə dinamizm verir, lakin indiki halda bu münasibətlər fundamental əhəmiyyətə malikdir. Hər iki dövlətin başçısı öz çıxışlarında iki ölkə arasında əlaqələrin strateji xarakterini vurğulayıb. Cəlil Xəlilov qeyd edib ki, biznes sahəsindən siyasətə keçən "strateji tərəfdaşlıq" termini iki ölkənin fəaliyyətinin əlaqələndirilməsinin yüksək formasını, siyasi, sosial, mədəni, iqtisadi sahələrdə resursların qarşılıqlı səmərəli kooperasiyasını göstərir. Azərbaycan və Rusiya arasında əlaqələr strateji tərəfdaşlığın ruhuna və məzmununa tamamilə uyğundur.
İqtisadiyyatın və mədəniyyətin bir çox sahələrində Azərbaycanın Rusiya ilə əməkdaşlıq perspektivləri təqdirəlayiqdir. Belə ki, investisiyalar, ticarət əlaqələri, nəqliyyat kommunikasiyaları genişlənir, humanitar və turizm sahəsində əlaqələr dərinləşir. 2017-ci ilin yekunlarına görə, Rusiya və Azərbaycan arasında əmtəə dövriyyəsi, demək olar ki, 35 faiz artaraq 2,5 milyard dollara çatıb. Rusiya qeyri-neft sektorunda idxala görə Azərbaycan üçün bir nömrəli tərəfdaşdır. Rusiyanın bir çox şirkətləri Azərbaycanda uğurla işləyir. Energetika, maşınqayırma, kimya, əczaçılıq sənayesi sahələrində kooperasiya dərinləşir. Cənubi Asiyanı və Yaxın Şərqi Avropa ilə birləşdirəcək "Şimal-Cənub" qitələrarası nəqliyyat dəhlizinin yaradılması üzrə birgə işlər böyük beynəlxalq əhəmiyyət daşıyır.