Əlaqə Arxiv
news Image
2018.09.07
09:30
| A A A
Amerika valyutası sıradan çıxır
ABŞ-ın hökmranlıq davasının çanağı onun öz başında çatlamağa doğru istiqamətlənir

Türkiyə və Belarus qarşılıqlı ticarətdə türk lirəsi və Belarus rubluna geçmək istəyir. bu haqda Belarusun Türkiyədəki səfiri Andrey Savinıx bildirib. Qeyd edək ki, ABŞ-ın Türkiyəyə iqtisadi hücumlarından sonra dollardan imtina edərək xarici ölkələrlə ticarətdə milli valyutalardan istifadə edilməsi Ankaranın proritet siyasətinə çevrilib. Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun əvvəlində Çin, Rusiya və Ukrayna ilə ticarətini milli valyuta ilə həyata keçirmək üçün işlərə başladıqlarını açıqlamışdı. İran və İraq da qarşılıqıl ticarətdə dollardan imtina edib. Venesuela da bu sırada yer alır. Türkiyə prezidenti dollardan asılılığa son qoymaq üçün Avropanı da milli valyuta ilə ticarət aparmağa çağırmışdı. Bəs, dünya miqyasında dollardan imtina istiqamətində atılan addımlar ABŞ valyutasının perspektiv üçün nə vəd edir? 

Dollardan imtinaya çağırış heç də yeni məsələ deyil. Çünki, bu valyutanın dünya bazarında getdikcə bahalaşması bir çox ölkələrin xarici ticarətinə mənfi təsir göstərir və digər ölkələrin  valyutalarına təzyiqi altırır. Lakin bu günə qədər bu mövzuda şikayətlər edilsə də, əməli addımlar atmağa kimsə cəsarət etmirdi. Ancaq ABŞ prezidenti Donald Trampın iqtisadi qaydaları vecinə almayan beqəfil qərarları artıq dünyada belə addımlara tələbat yaradıb. İlk olaraq, Türkiyə tərəfin təklifi ilə milli valyutaların qarşılıqlı ticarətdə istifadəsinə rəvac verilib. Bu iş hansı dərəcədə baş tutacaq, effektli olacaq ya yox, hələlik bir söz demək mümkün deyil. Çünki, Amerika iqtisadiyyatı çox möhkəmdir və təbii ki, onun irəli verdiyi dollar da güclüdür. Lakin həyatda heç bir güc əbədi deyil, mütləq dəyişiklik baş verməlidir. Bu gün milli valyuta ilə hesablaşmağa qərar verən ölkələr bu dəyişikliyin pionerləri ola bilər. 
Artıq ötən ildən başlayaraq, öz milli valyutaları ilə ikitərəfli ticarət aparmaq haqqında qərar verən Türkiyə və Rusiya bu istiqamətdə ilk addımı atıblar. Belə ki, Türkiyə, “S-400” Hava Hücumundan Müdafiə Sisteminin alışı üçün rublla avans ödəyib. Milli valyuta ilə ticarət aparılması mühüm beynəlxalq iqtisadi yenilikdir. 
Belarusla yanaşı Türkiyə, İran və Rusiya da Azərbaycana sövdələşmələr zamanı milli valyutadan istifadə etməyi təklif ediblər. Mütəxəssislərin fikrincə, milli valyuta ilə ticarət dövriyyəsi mürəkkəb mexanizmdir. Buna görə bəzi iqtisadçılar təklif edirlər ki, dollardan imtina üçün barter sövdələşmələri - dəyərinə görə ekvivalent olan malların, xidmətlərin, intellektual fəaliyyətin nəticələrinin mübadiləsinə dair fəaliyyətdir. Onlar həm ikitərəfli, həm də çoxtərəfli ola bilər. Barter sövdələşmələri zamanı pul və ya digər ödəniş vasitələrindən istifadə olunmur. Barter müqaviləsində eyni qiymətli və qarşılıqlı göndərilən malların, xidmətlərin sayı, yaxud tərəflərin tədarükünü həyata keçirəcəyi məbləğ qeyd olunur. İqtisadçılar hesab edir ki, bu məsələdə əsas məqsəd milli valyutaların daha çox istifadə olunan vəziyyətə gətirilməsidir.
Digər bir varianta görə, milli valyutaya keçid sahibkarlar üçün ciddi risq yaradır. Çünki, məhsul satıldıqdan bir müddət sonra, məsələn, 3 ay ərzində digər valyuta məhsul satan təşilatın hesabına oturur. Lakin bu vaxt ərzində həmin valyuta dəyərini itirə bilər və sövdələşmə bir tərəfin müflisinə səbəb olar. Bu şərait məntiqi surətdə sabit dönərli valyutanın olmasını tələb edir. Hələlik bu yolda dollar birinci, avro ikinci pillədə qərarlaşıb. Görünür, ABŞ dollarından imtina edilməsi 3-cü bir möhkəm valyutanın meydana gəlməsini tələb edəcək. Təbii ki, bunu indidən mütləq şəkildə iddia etmək olmaz. Amma Çin, Rusiya, Türkiyə, İran, Hindistan kimi güclü və təbii ehtiyatlarla zəngin dövlətlər bu işdə həmfikirliklərini əməli işə çevirə bilsələr, haqqında danışılan 3-cü valyutanı reallığa çevirmək dünya miqyasında böyük iqtisadi hadisə olar. Bu, eyni zamanda dolların hökmranlığına son qoymaq və iqtisadi təzyiqlərin qarşısını almaq yolunda da əhəmiyyətli hadisəyə çevrilər.
Beləliklə, sabitliyindən asılı olmayaraq, ABŞ dollarını qarşıda təbəddülatlı tale gözləyir. Dünya ölkələrinin bu istiqamətdə səy və arzuları artıq güclü stimula çevrilməkdədir.
N.NOVRUZ
 

Sizin Reklam Yeriniz