Əlaqə Arxiv
news Image
2018.09.07
13:17
| A A A
Maliyyə naziri: 2018-ci ildə dövlət büdcəsinin icrası ilə bağlı problem olmayacaq

Azərbaycan Maliyyə Nazirliyi 2018-ci il dövlət büdcəsi proqnozlarının icrası ilə bağlı problem görmür.

Movqe.az-ın məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov deyib.

 

O bildirib ki, yanvar-avqust aylarında dövlət büdcəsinin xərcləri üzrə proqnoz 98 faizdən çox yerinə yetirilib.

Qeyd edək ki, 2018-ci ilin yanvar-iyul aylarında Azərbaycan dövlət büdcəsinin gəlirləri 12 078,1 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 28,4 faiz çoxdur. Xərclər 2017-ci ilin ilk yeddi ayı ilə müqayisədə 19,3 faiz artaraq 11 649,3 milyon manat təşkil edib. Hesabat dövründə dövlət büdcəsi 428,8 milyon manat profisitlə icra olunub.

Sizin Reklam Yeriniz