news Image
2018.09.15
07:00
| A A A
Avropanın silah bazarı da Azərbaycanın üzünə açılır
Ədalət Verdiyev: “Azərbaycanın müharibədə iştirak edən dövlət kimi istənilən silah tədarükçüsü ilə müşətərək, qarşılıqlı, həm də iqtisadi sərfəli şərtlərlə əməkdaşlıq etməsində heç bir problem yoxdur” Azad İsazadə: “Çexiyanın ağır və hərbi sənayesi kifayət qədər keyfiyyətlidir”

Məlumdur ki, Çex Respublikasının sənaye və ticarət naziri Marta Novakova ölkəmizdə səfərdə oldu. Xanım Marta Novakova ölkəsi ilə Azərbaycan  arasında müdafiə sənayesində əməkdaşlıq imkanlarına toxunaraq qeyd edib ki, Çexiyada yüksəkkeyfiyyətli təyyarələr və radarlar istehsal olunur ki, onların Azərbaycana satışı ilə bağlı da əməkdaşlıq qurula bilər. Çexiyalı nazirin fikirlərini dəyərləndirən hərbi ekspertlər də bunu istisna etmirlər.  Xüsusən də Çexiyanın hərbi sənaye sahəsindəki uğurlarını nəzərə alsaq, bu cür əməkdaşlıq ölkəmiz üçün  daha bir üstünlük qazandırmış olur.

Hərbi məsələlər üzrə ekspert Ədalət Verdiyev bildirir ki, Azərbaycanın Çexiya ilə birbaşa olmasa da, dolayısı ilə hərbi sahədə əməkdaşlığı mövcuddur: “Ötən illərdə "DANA" özüyeriyən artilleriya, digər reaktiv atəş sistemlərinin alınması barədə məlumatlar var. Çexiya Sovet dövründən etibarən aviasiya sənayesi sahəsində inkişaf etmiş ölkələrdən biri hesab olunur. Ölkə kiçik olsa da, hazırda 10–a qədər sırf aviasiya sənayesinə aid mülki, döyüş, təlim təyyarələri istehsal edən şirkətlər fəaliyyət göstərir. Hətta ən bahalı helekopterlərindən olan «Black Hawk» helikopterlərinin hissəsləri məhz Çexiyada hazırlanır. 
Düzdür, Azərbaycan və Çexiyanın hərbi sahədə əməkdaşlıq etməsi üçün əngəllər mövcuddur, amma onları çox da ciddiyə almaq lazım deyil. Çünki satıcı və alıcı razıdırsa, tətbiq olunan sanksiyalar, məhdudiyyətlərdən yayınmaq imkanları da daim mövcuddur. Ən azından üçüncü ölkəni cəlb etməklə həmin radar və aviasiya sistemlərinin alınması problem yaratmaz. Onsuz da Azərbaycan Hərbi Hava Qüvvələrində Çexiya istehsalı olan L-39 təyyarələri mövcuddur. Hazırda onların daha modern varinatı olan L-159 döyüş təlim təyyarələrinin alınması məqəsəduyğun ola bilər. Onlara bu gün Azərbaycanın ehtiyacı var. 
Alına biləcək digər hərbi təyinatlı məhsulları arasında Çexiyanın “Air” şirkəti tərəfində istehsal edilən radarlar var. Bu radarlar havada olan hədəflərin vəziyyəti haqqında məlumatları 2D və ya 3D formasında viziuallaşdıraraq operatora təqdim edir. “Air” şirkətinin radarları dünyada çox məşhurdur. Hətta ABŞ-ın ən görünməz təyyarələrini belə bu radarların görüntülüyə biləcəyi haqqında məlumatlar mövcuddur. Azərbaycanın Çexiya ilə hərbi əməkdaşlıq qurması digər tərəfdən ona görə önəmlidir ki, Çexiyanın aviasiya sahəsində ən yaxın tərəfdaşı məhz İsraildir. Çexiyalı nazirin Azərbaycana səfərindən sonra İsrailin müdafiə nazirinin ölkəmizə səfəri hərbi əməkdaşlığın müzakirə edilməsi və bu layihələrin qısa zamanda gerçəkləşməsindən xəbər verir. 
Çexiyanın orta və kiçik ölçülü daxili xətlər üçün nəzərdə tutulan mülki və ya ikili (hərbi) təyinatlı L-410 təyyarələri də Azərbaycan üçün maraq kəsb edə bilər. Azərbaycanın müharibədə iştirak edən dövlət kimi istənilən silah tədarükçüsü ilə müşətərək, qarşılıqlı, həm də iqtisadi sərfəli şərtlərlə əməkdaşlıq etməsində heç bir problem yoxdur”.
Hərbi məsələlər üzrə digər ekspert Azad İsazadə bildirdi ki, Azərbaycanın Çexiya ilə sənaye sahəsində əməkdaşlıq edir: “Düzdür, ermənilər hay-küy qaldırır ki, Avropa İttifaqının üzvü olan ölkə münaqişə zonalarına silah satmamalıdır. Amma fakt odur ki, Azərbaycanın Çexiya ilə hərbi əməkdaşlığı var. 
Nəzərə alaq ki, Çexiyanın hərbi sənaye kompleksi kifayət qədər güclüdür. Hətta İkinci Dünya Müharibəsində Almaniya Çexiyanı məğlub etdikdən sonra elə Çexiya silahlarından istifadə edirdi. Yəni, Çexiyanın ağır və hərbi sənayesi kifayət qədər keyfiyyətlidir. Düzdür, say baxımından o qədər çox istehsal etmirlər. Lakin Azərbaycan üçün məqbuldur. Nəzərə alaq ki, bu da iqtisadi bazardır. Bazarda nə qədər çox mənbəyimiz olsa, bir mənbədən asılılığımız o qədər azalacaq. Bu baxımdan yalnız Çexiya ilə yox, digər ölkələrlə də əməkdaşlığı genişləndirmək məsləhətlidir. O cümlədən birgə istehsalı da həyata keçirmək olar”.
Mübariz BAYRAMOV

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs