Əlaqə Arxiv
news Image
2018.09.18
18:30
| A A A
ABŞ-Çin ticarət savaşı qızışır - Tramp rüsumu yenə artırdı

ABŞ-la Çin arasındakı ticarət münaqişəsi daha da gərginləşib.

ABŞ prezidenti Donald Tramp ÇXR üçün nəzərdə tutulan idxal rüsumunu daha da artıracağını bəyan edib. Onun sözlərinə görə, 200 milyrad dollar dəyərində olan məhsullara 10% rüsum tətbiq ediləcək. Tramp onu da qeyd edib ki, Pekin Vaşinqtona güzəşt etməsə, bu rəqəm 25%-dək yüksələcək. ABŞ lideri “Çinin xarici ticarət sahəsindəki siyasəti Amerika iqtisadiyyatının çiçəklənməsinə və uzunmüddətli sağlamlığına ciddi təhlükə yaradır”,-deyib. 

Prezidentin bəyanatında qeyd edilir ki, 10%-lik rüsum qaydası 24 sentyabrdan qüvvəyə minəcək.

Sizin Reklam Yeriniz