Əlaqə Arxiv
news Image
2018.09.18
16:17
| A A A
Qətər-Azərbaycan arasında qarşılıqlı investisiyalar müzakirə olunub

17 sentyabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Qətər Dövlətindəki fövqəladə və səlahiyyətli səfiri Rəşad İsmayılov Qətər Ticarət Palatasının direktoru Saleh Bin Həməd Al Şərqi ilə görüşüb.
Saleh Bin Həməd Al Şərqi Səfir, investisiya fəaliyyətinin təşviq edilməsi və xarici investorların hüquqlarının qorunması ilə bağlı ölkəmizdə həyata keçirilən islahatlar barədə məlumat verərək qarşılıqlı investisiyaların cəlb edilməsi, iki ölkə arasında ticarət dövriyyəsinin artırılması istiqamətində birgə səylərin göstərilməsi və iş adamları arasında tərəfdaşlıq əlaqələrinin inkişafının təşviq edilməsinin əhəmiyyətini qeyd etdi.
Saleh Bin Həməd Al Şərqi öz növbəsində, Azərbaycan-Qətər əməkdaşlığının inkişafı üçün geniş perspektivlərin mövcud olduğunu qeyd edərək, bu sahədə lazımi dəstək verməyə hazır olduqlarını bildirib.

Sizin Reklam Yeriniz