Əlaqə Arxiv
news Image
2018.09.18
17:23
| A A A
AB-dən tələb: ÜTT təcili reformlara getməlidir

Ümumdünya Ticarət Təşkilatı böhran içərisindədir. Movqe.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Avropa Komissiyasının Ticarət üzrə komissarı Sesiliya Malmstrem deyib. Onun sözlərinə görə, artıq ÜTT-nin modernləşdirilməsinin vaxtı çatıb:

“ÜTT sürətlə dəyişən qlobal iqtisadiyyata yetərli qədər uyğunlaşa bilməyib. Dünya dəyişib, ÜTT isə yox. Biz bununla bağlı ÜTT-də reformların keçirilməsini istəyirik. ÜTT özü-özünü yeniləyə bilməz, bunu onun üzvləri etməlidir”.

Sizin Reklam Yeriniz