Əlaqə Arxiv
news Image
2018.09.19
13:46
| A A A
"Ümid 2" platformasından ilk quyunun qazılmasına 2020-ci ildə başlanılacaq

2020-ci ildə Xəzərin Azərbaycan sektorunda yerləşən "Ümid" qaz-kondensat yatağında inşa olunması nəzərdə tutulan ikinci platformadan yeni quyunun qazma işlərinə başlanacaq.

"Report" xəbər verir ki, bunu 20 sentyabr - "Neftçilər Günü"nə həsr olunmuş mərasimdə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev bildirib.
"Ümid" yatağının tammiqyaslı işlənməsi çərçivəsində ikinci platformanın inşa edilməsi, 2020-ci ilin sonlarında bu platformadan quyunun qazılması, 2021-ci ildə isə istismara təhvil verilməsi planlaşdırılır",- o qeyd edib.
Xatırladaq ki, "Ümid" yatağı Bakıdan 75 km cənuba, qurudan isə 40 km məsafədə yerləşir. Yataq 2010-cu ildə kəşf edilib. Bu, SOCAR-ın bilavasitə kəşf etdiyi ilk yataq olub. İlkin hesablamalara görə, yatağın ümumi ehtiyatı 200 mlrd. kubmetr qaz və 40 mln. ton kondensat həcmində qiymətləndirilir.

Sizin Reklam Yeriniz