Əlaqə Arxiv
news Image
2018.09.20
09:59
| A A A
TANAP-ın Avropa İttifaqı sərhədinədək olan hissəsi 2019-cu ilin sonunadək tamamlanacaq

TANAP-ın Avropa İttifaqı sərhədinədək olan hissəsi 2019-cu ilin sonunadək tamamlanacaq.

“Report” xəbər verir ki, bu barədə SOCAR prezidenti Rövnəq Abdullayevin Neftçilər günü ilə bağlı "Xalq qəzeti" nəşrində dərc olunan məqaləsində bildirilir.
"Əminəm ki, TANAP Türkiyənin mühüm qitələrarası enerji düyününə (təbii qaz habına) çevrilməsində müstəsna rol oynayacaqdır. TANAP həm də SOCAR üçün böyük önəm daşıyan layihədir. Şirkətimiz məhz bu beynəlxalq layihədə ən böyük iştirak payına malik olmuş və lider rolunu inamla öz üzərinə götürmüş, işin öhdəsindən layiqincə gəlmişdir. Kəmərin inşası prosesində qazanılmış nailiyyətlər göstərdi ki, SOCAR artıq xaricdə də böyük və məsul layihələri vaxtında və yüksək səmərə ilə həyata keçirməyə qadirdir. Bir faktı nəzərə çatdırmaqla kifayətlənək ki, ilkin qiymətləndirmə zamanı layihənin dəyəri 11 milyard dollardan çox hesablanmışdısa, sonradan görülən səmərələşdirmə tədbirləri nəticəsində bu rəqəmi 8 milyarddan aşağı salmaq mümkün olmuşdur", - deyə şirkət prezidenti qeyd edib.
R.Abdullayev TANAP layihəsinin iki mərhələdə həyata keçirildiyini xatırladıb:
"İlk mərhələdə təbii qazın Türkiyə ərazisinə çatdırılması və ölkə bazarına daxil edilməsi, ikinci mərhələdə isə Avropa Birliyi sərhədinə qədər nəqli hədəf götürülürdü. Biz bu il birinci mərhələni uğurla başa vurduq. İyunun 12-də Əskişəhərdə Azərbaycan və Türkiyə dövlət başçılarının, eləcə də Ukrayna, Serbiya və Şimali Kipr Türk Cümhuriyyəti prezidentlərinin iştirakı ilə TANAP-ın açılış mərasimini qeyd etdik. İyunun 30-dan “Şahdəniz-2” çərçivəsində hasil olunan təbii qazın bu kəmər vasitəsilə kommersiya məqsədilə Türkiyəyə nəql edilməsinə başladıq. Gələn ilin sonunadək boru kəmərinin həm də Avropa İttifaqı sərhədinə qədər olan hissəsi tamamlanacaq".

Sizin Reklam Yeriniz