Əlaqə Arxiv
news Image
2018.09.20
11:03
| A A A
Azərbaycanda pambığın alış qiyməti 50 manat artırılıb

Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, pambıq əkən fermerlərin məhsul istehsalına, yığımına həvəsləndirilməsi və onların maddi rifahının daha da yüksəldilməsi məqsədilə pambığın növlər üzrə mövcud alış qiymətlərinin hər ton üçün 50 manat artırılaraq 2018-ci ilin məhsulu üçün aşağıdakı kimi müəyyənləşdirilməsi barədə razılıq əldə edilib.

2018-ci il
1-ci növ
600-dən 650 manata
2-ci növ
580-dən 630 manata
3-cü növ
540-dan 590 manata
4-cü növ
500-dən 550 manata


Pambığın hər tonunun alış qiymətinin 50 manat artırılması pambıq istehsalı ilə məşğul olan fermerlərin əlavə olaraq 12 milyon manatdan çox qazanc əldə etməsi gözlənilir.

Sizin Reklam Yeriniz