Əlaqə Arxiv
news Image
2018.09.20
11:39
| A A A
Maroş Şefçoviç: "Müştərək səylər sayəsində Azərbaycan qazını 2020-ci ildə Avropaya nəql etməyə nail olacağıq"

 "Avropa İttifaqının (Aİ) və Azərbaycanın müştərək səyləri sayəsində Azərbaycan qazını 2020-ci ildə Avropaya nəql etməyə nail olacağıq".

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən 7-ci Beynəlxalq "Caspian Energy Forum Baku-2018" tədbirindəki videomüraciətində Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç bildirib.
O qeyd edib ki, Azərbaycan Xəzər regionunda Avropanın əsas tərəfdaşlarından biridir: "Hazırda Azərbaycanla yeni strateji tərəfdaşlıqla bağlı danışıqlar aparırıq. Bizim müştərək səylər sayəsində Azərbaycan qazını 2020-ci ilə nəql etməyə nail olacagıq. Bununla Avropanın enerji balansı şaxələndiriləcək, geosiyasi mühit dəyişəcək. Cənub Qaz Dəhlizi vasitəsilə də qeyd etdiyimiz bu məsələlər nail olacağıq. Bu layihə Aİ-nın vacib layihələri siyahısındadır".

Sizin Reklam Yeriniz