Əlaqə Arxiv
news Image
2018.09.20
12:24
| A A A
"WoodMac": ABŞ dünyanın ən böyük ixracatçısı ola bilər

 "Wood Mackenzie" konsaltinq şirkətinin proqnozlarına görə, ABŞ 2035-ci ilə qədər mayeləşdirilmiş təbii qazın (LNG) ən böyük ixracatçısı ola bilər.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə "Gastech" konfransda çıxışı zamanı "Wood Mackenzie" şirkətinin ABŞ qaz bazarının araşdırma rəhbəri Kristi Kramer bildirib.
Proqnozlara görə, 2035-ci ilədək ABŞ-ın ixrac etdiyi maye qaz həcmi ildə 140 milyon tondan çox olacaq.
"Hesab edirik ki, ABŞ-da LNG-nin "ikinci dalğası" yaşanacaq, ixrac həcmi 140 milyon tondan çox olacaq. Bu isə Qətər (100 milyon ton) və Avstraliyanın (80 milyon ton) proqnozlaşdırılan ixrac həcmindən xeyli çoxdur", - K.Kramer deyib.

Sizin Reklam Yeriniz