Əlaqə Arxiv
news Image
2018.09.21
14:24
| A A A
Aİ: Azərbaycan hökuməti xidmətlərin "bir pəncərə" prinsipi ilə təqdim edilməsi üçün bütün səylərini göstərir

 

Azərbaycan hökuməti dövlət orqanları tərəfindən təqdim olunan xidmətlərin "bir pəncərə" prinsipi ilə həyata keçirilməsi üçün bütün səylərini göstərir.

Trend-in məlumatına görə, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin təmsilçisi Aleksandra Nerisanu deyib.

Onun sözlərinə görə, görülən işlər vətəndaşların dövlət orqanlarına müraciət etmək imkanlarının asanlaşdırılmasına, korrupsiya ilə mübarizənin təmin edilməsinə, sənədləşdirmə işlərində şəffaflığın təmin edilməsinə yönəlib.

A.Nerisanu hesab edir ki, bu sahədə təlimlərin keçirilməsi, ölkələrin bir-biriləri ilə qarşılıqlı mübadiləsinin həyata keçirilməsi "bir pəncərə" modeli şəklində tətbiq olunan xidmətlərin sayının artmasına xidmət edir.

Aİ təmsilçisi bildirib ki, lisenziyaların verilməsinin sadələşdirilməsi ölkənin iqtisadi inkişafı üçün olduqca vacibdir: "Son illər ərzində Azərbaycanda iqtisadi və biznes mühiti ilə bağlı araşdırmalar aparılıb və qənaətə gəlinib ki, ölkədə biznes sahəsi üzrə xidmətlərin "ASAN xidmət" tərəfindən həyata keçirilməsi işləri davam etdirilir. Bu tədbirlər hökumət tərəfindən yüksək səviyyədə dəstəklənir. ASAN xidmət sistemi ölkənin iqtisadi inkişafı üçün çox vacib komponentdir".

A.Nerisanu müvafiq platformanın Azərbaycanda qurumların fəaliyyətinin təkmilləşdirilməsinə töhfə verəcəyinə ümid etdiyini bildirib və qarşılıqlı təcrübə mübadiləsi nəticəsində bəzi xidmətlərin təşkil edilməsində “bir pəncərə” prinsipinin elementlərindən istifadə etməklə vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksələ biləcəyini vurğulayıb.

Sizin Reklam Yeriniz