Əlaqə Arxiv
news Image
2018.09.21
15:54
| A A A
Son 10 ildə SOCAR-ın aktivləri 4,9 dəfə artıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ümumi aktivləri son 10 ildə 4,9 dəfə artıb.

“Report” xəbər verir ki, 2008-ci ilin sonuna 12,52 mlrd. manat olan aktivlər 2017-ci ilin sonuna 61,35 mlrd. manata çatıb.
SOCAR-ın aktivləri 2009-cu ildə 14,83 mlrd. manat, 2010-cu ildə 15,73 mlrd. manat, 2011-ci ildə 16,91 mlrd. manat, 2012-ci ildə 21,87 mlrd. manat, 2013-cü ildə 23,05 mlrd. manat, 2014-cü ildə 24,07 mlrd. manat, 2015-ci ildə 39,96 mlrd. manat, 2016-cı ildə isə 53,01 mlrd. manat təşkil edib.

Sizin Reklam Yeriniz